Özbəkistanlı alimlər ADPU-nun Quba filialında qonaq olublar

04.06.2024
Özbəkistanlı alimlər ADPU-nun Quba filialında qonaq olublar

3 iyun 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Peşə təhsili fakültəsinin dekanı dosent Makhmudcan Kadirov və Təsviri İncəsənət kafedrasının müdiri professor Urinbay Nurtayev qonaq oldular.

Görüş Universitetin “Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”də baş tutdu .

Görüşdən öncə qonaqlar çay süfrəsi ətrafında iki qardaş ölkənin tarixindən, bu günündən, təhsil sistemindəki mövcud oxşarlıqlardan və fərqliliklərindən danışdılar. Sonra qonaqlar 3 hissədən ibarət olan Mərkəzlə tanış olub, eksponatlar və stendlər haqqında məlumat aldılar.

Tədbir filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevin giriş nitqi ilə açıq elan olundu. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şafqat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında yaranan əlaqələrin inkişafı hər bir sahədə sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasətinin icra edilməsində də bu cür əlaqələr özünəməxsus şəkildə davam edərək ADPU ilə qardaş Özbəkistan Respublikasının universitetləri ilə sıx əməkdaşlıq sayəsində tarix, ədəbiyyat, mədəniyyət sahəsində birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir, – deyə dosent Y. Alıyev bildirdi.

Növbəti çıxışlar ardıcıl olaraq, dosent Mahmudcan Kafirov və professor Urinbay Nurtayevə təqdim edildi. Onlar çıxışları zamanı Azərbaycanda qonaq olmaqdan məmnun olduqlarını və xüsusilə “Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin onlara vətən, doğma diyar təəssüratı bağışladığını qeyd etdilər.

Daha sonra tədbirdə iştirak edən professor-müəllim və tələbə heyətinə də söz verildi. Çıxışlar əsnasında universitetlər arasında qurulacaq gələcək əlaqələrə istiqamət verən, bir-birini möhkəmləndirən dəyərli fikirlər səsləndirildi.

Tələbələr növbəti görüşlərdə qardaş özbək tələbələrinin də iştirak etməsini arzuladıqlarını və özlərinin də Özbəkistana getmək istəklərini bildirdilər.

Görüş əsnasında qonaqlar direktor dosent Yusif Alıyevə Nizami Gəncəvi adına Daşkənt Dövlət Pedaqoji Universiteti adından simvolik hədiyyələr təqdim etdilər.

Tələbələrdən Günəş İskəndərovun səsləndirdiyi şeirlər və Vəliyeva Əminə, Dadaşov Tofiq, Əhmədova Gülyanağın İfasında özbək və Azərbaycan musiqiləri qonaqlara yaddaqalan anlar yaşatdı.

Sonda xatirə şəkli çəkdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?