8 Noyabr – Zəfər Günü münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin TƏBRİKİ

Əziz Şəhid valideynləri, Şəhid ailələri, hörmətli həmkarlar, dəyərli tələbələrimiz!
Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatması xəbərini Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən eşitdik. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Qarsbağ münaqişəsi qloballaşan dünyanın hazırkı durumuna uyğun şəraitdə Azərbaycan xalqının haqq qələbəsi ilə həll olundu. Zəfər günü bizlərə Azərbaycan xalqının böyüklüyünü bir daha sübut etdi. Şəhid olmuş oğlunun Azərbaycan Bayrağına bükülü tabutu önündə şəstlə dayanıb “Vətən sağ olsun!” – deyərək göz yaşlarını gözündə donduran ataların, anaların böyüklüyünü gördük. Qarşılarında baş əyirik hər birinin. Heç bir əsgər qanından, canından qorxmadı bu döyüşlərdə. 44 gündə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Hadrut, Şuşa, Suqovuşan, Talış uğrunda gedən döyüşlərdə hərb səlnaməsinin şanlı səhifələrini yazdılar. Azərbaycan cəbhədə olduğu kimi, siyasətdə, diplomatiyada da uğur qazandı və düşmən məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam, Laçın kimi dədə-babs torpaqlarımızdan da çəkilməyə məcbur oldu. Güclü Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbəni təmin etdik. Artıq Vətən müharibəsində parlaq zəfərimizin ikinci ilini qeyd edirik. Böyük qürur hissi ilə zəfərin mübarək, Azərbaycan, – deyirik. Zəfər Günündə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Rəşadətli döyüşçülər arasında ADPU-nun Quba filialının 30-dan çox məzunu da vardı. Mən də filial rəhbəri olaraq bütün kollektivlə birlikdə bu iki il ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında qəhrəmanlıqla döyüşmüş, canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini yad etmişik. Bundan əlavə Şəhid ailələri, qazilərimiz ziyarət edilmiş, filialımızın məzunu olmuş qazi İsmət Əhmədov, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova filialda işlə təmin edilmiş, müharibə iştirakçıları olan tələbələrimiz qayğı ilə əhatə edilmiş, filialdakı auditoriyalara Şəhidlərimizin adları verilmiş, Şəhid Nuran Mirzəyev və Miqdad Abduləlimovun adına xüsusi auditoriya açılmışdlr. Bundan əlavə filialda Şanlı Zəfərimizi əks etdirən stendlər, guşələr, banerlər hazırlanmış, bu istiqamətdə təntənəli tədbirlər keçirilmişdir.
Əziz həmkarlar, dəyərli tələbələr!
Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqı öz liderinin – cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Artıq ikinci ildir ki, tarixi Zəfərin böyük təntənəsini qeyd edirik. Bu qələbənin qazanılmasında qanı, canı ilə döyüşən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan cansağlığı arzu edirik.
Yaşasın müstəqil Azərbaycan!
Bayramımız mübarək!
Hörmətlə,
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev
8 noyabr 2022-ci il