8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının rəhbərliyi və struktur bölmə rəhbərləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Filialın direktoru dosent Y. Alıyev, direktor müavinləri t.f.d. İ.Mahmudov, p.f.d. A.Şeydayeva, kafedra müdirləri t.f.d. E.Nəsirov, r.f.d. N.Süleymanov, İKT şöbəsinin müdiri Y. Abayev, müdir müavini H. Musayev əvvəlcə müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub, Ulu öndərə Allahdan rəhmət diləyiblər. Daha sonra Şəhidlər Xiyabanında Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, Şəhidlər xiyabanını ziyarət edərkən şəhid Xudayev Yaşar Əli oğlunun da məzarı önündə Şəhidin atası Xudayev Əli ilə görüşmüş, Vətənin müdafiəsi üçün qəhrəmancasına döyüşərək Şəhid olan vətənpərvər oğul böyütdüyü üçün ona təşəkkür etmiş, Allahdan Şəhidlərimizə rəhmət diləmişlər.