Elmi Şuranın sədri, dosent Yusif Alıyev iclası giriş sözü ilə açaraq Elmi Şuranın üzvlərini və dəvət olunan əməkdaşları salamladı və bildirdi ki, iclasın gündəliyinə “Tədris şöbəsinin fəaliyyəti haqqında”, “2021-ci ildə keçirilmiş MİQ imtahanlarında filial məzunlarının nəticələri haqqında”, “Tədris prosesinin yekunlaşdırılması haqqında” ,”2021/2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”,”Keyfiyyətin təminatı şöbəsinin hesabatı”, “Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında” və cari məsələlər daxildir.
Dos.Yusif Alıyev gündəlikdə duran məsələləri qeyd edərkən həm də filialda professor və müəllim heyətinin, əməkdaşların sosial təminatı üçün atılacaq addımlardan, filialın qarşıya qoyduğu hədəflərin böyüklüyündən ətraflı bəhs edib.Bildirib ki, filialın gələcək inkişafı bu gün qarşımızdakı məqsədlərə nə dərəcədə çatmağımızdan asılıdır.Bu yolda isə komanda şəklində əlimizdən gələni etməyə hazırıq.Daha sonra ötən həftə baş tutan ADPU – nun 100 illik yubiley tədbirinin möhtəşəm şəkildə təşkil edildiyini diqqətə çatdırıb və başda hörmətli rektorumuz professor Cəfər Cəfərov olmaqla təltif edilən bütün həmkarları bir daha təbrik edib, yaxın günlərdə filialın 30 illik yubileyinin keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova bildirdi ki, tədris ilinin əvvəlindən bu günə qədər şöbədə bir çox işlər yerinə yetirilmişdir. Belə ki, qəbul, kodlaşma, qruplaşma, akademik məzuniyyətə buraxılma, məzuniyyətdən qayıtma, tələbələr sirasına bərpa, soyad dəyişmə, xaric olunma və s. ADPU-ya göndərilmişdir. Tələbələrin hərəkətinə aid müvafiq formalar üzrə statistik məlumatlar hər ay üzrə işlənərək Tədris departamentinə göndərilir.Hal hazırda filialda tələbə sayı 951 nəfərdir ki, onlardan da, 758 nəfəri ödənişli, 193 nəfəri dövlət şifarişi əsasında təhsil alır, 11 nəfər akademik məzuniyyətdədir, 59 nəfər imtiyazlı tələbədir.Tədris ilinin I semestrində tədris prosesi fasiləsiz şəkildə davam etdirilmişdir. Bəzi qruplarda təhsil alanlardan bir neçəsi COVİD-19 diaqnozlu xəstə kimi qeydə alındığı üçün həmin qruplarda tədris prosesi online qaydada davam etdirilir və bu zaman mənimsəmə jurnallarında tələbələrin qeydiyyatı və qiymətləndirmə həm elektron jurnallarda, həm də ənənəvi qaydada aparılmışdır. Şöbəyə daxil məktublar vaxtında cavablandıralaraq aidiyyatı üzrə göndərilmişdir. Payız imtahan sessiyası ilə bağlı fənlərin və həmin fənləri tədris edən müəllimlərin soyadları, kreditlərinin və dərs saatlarına uyğun qaib limitinin çıxarılması və bu məlumatların dekanlığa, İKT şöbəsinə çatdırılması təmin olunmuşdur.159 məzundan 67 nəfəri MİQ imtahanlarında iştirak etmişdir, 8 nəfəri isə magistraturaya qəbul olunmuşdur.
Daha sonra Pedaqoji fakültənin dekanı f.ü.f.d. Qələmşah İdrisov çıxış edərək bildirib ki,mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq 2021/2022-ci tədris ilinin payız semestrində dərslər 29 sentyabrdan başlayaraq 30 dekabra qədər davam edəcəkdir. Bununla əlaqədar olaraq mövcud qaydalara uyğun olaraq tədris şöbəsində əlavə dərs saatları üçün xüsusi qeydiyyat jurnalı tərtib edilmiş və tədris planında 15 həftəlik nəzərdə tutulmuş dərs saatlarının çatışmayan saatları həmin jurnalda qeyd edilməklə tədris olunması təmin edilir. Dərslərin müvafiq cədvələ uyğun vaxtlı-vaxtında keçirilməsi təmin olunmuş və dərsə davamiyyət və mənimsəmə jurnallarında qeydlər aparılmışdır.Kollekviumların keçirilməsi və sərbəst işlərin yerinə yetirilməsi artıq yekunlaşdırılmışdır.
”2021/2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məsələ ilə bağlı tədris və elmi işlər üzrə direktor müavini t.ü.f.d.İsmayıl Mahmudov bildirdi ki, payız semestrində qüvvədə olan tədris planları və müvafiq Əsasnamələr əsas götürülmüşdür.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 dekabr 2021-ci il tarixli F-570 nömrəli əmrinə əsasən 5 yanvar 2022-ci il tarixdən 1 fevral 2022-ci il tarixinədək keçiriləcəkdir. Bununla bağlı daxili əmr verilmiş, həmin əmrdə sessiyanın müddəti, İmtahan qərargahının, Apellyasiya komissiyasının, nəzarətçilərin, imtahanların formatı və keçirilməsi qaydaları, imtahan suallarının hazırlanmasında fənn proqramları və sillabusların əsas götürülməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.Kafedraların hər biri imtahan suallarının müzakirə etmiş və imtahan biletləri təsdiq olunmuş suallar əsasında tərtib olunmuş, çap olunaraq müəllimlər tərəfindən imzalanmışdır. Payız sessiyasında filialın əyani təhsilalma formasının 10 ixtisasının 39 tədris qrupu üzrə 224 imtahan keçiriləcəkdir.Təlimata uyğun olaraq imtahanlar arasında ən azı 2 günün olmasına əməl olunmuşdur.
Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva məsələ ilə bağlı çıxış edərək bildirdi ki, Reytin qiymətləndirməsinə 1 noyabr tarixindən başlanıb. Professor-müəllim heyətinin nəzərinə çatdırmaq məqsədilə kafedralara təlimat və reytinq cədvəli göndərilib. Ötən ildən fərqli olaraq bu il yenilik Reytinq sənədlərinin elektron formada qəbulu olmuşdur. Müəllimlər reytinq cədvəllərini və sənədləri 30 noyabr tarixinədək elektron formada KT şöbəsinə təhvil vermişdir. Sənədlər tam şəkildə toplandıqdan sonra dekabrın 1-dən 3-dək ADPU tərəfindən KT şöbəsinə verilən link vasitəsilə müəllimlərin balları sistemə yerləşdirilmişdir. Reytinq prosesinin bitməsinə baxmayaraq bu gün biz Reytinqin son nəticələrini qeyd edə bilmirik. Çünki digər hallara daxil edilən sənədlərə ADPU-da Rektor yanında Keyfiyyət Komissiyasında müzakirə olunacaq və yekun qərar veriləcək. Oktyabrın 26 da keçirilən EŞ-da TKN komissiyasının yaradılması müzakirə olundu və bu elmi şuranın qərarı TKN komissiyası yaradıldı. Komissiya 9 nəfərdən ibarətdir. Komissiyanın üzvləri iki nəfər olmaqla müəllimlərin dərsində iştirak edir və dərsdən sonra müəllin iştirakı ilə müzakiə keçirilir, nəticə protokollaşdırılaraq KT şöbəsinə təhvil verilir. Noyabr, dekabr ayları ərzində 15 dərs izləməsi olmuşdur.
Daha sonra TEC sədrinin II müavini Aygün Seyfullayeva çıxış edərək il ərzində Tələbə Elmi Cəmiyyəti xətti ilə görülən işlərdən ətraflı bəhs etmişdir.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilmişdir. Sonda sədr dosent Yusif Alıyev Elmi Şuranın iclasında qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.