QUBA DÖVLƏT SOSİAL – İQTİSADİ KOLLECİnin 100 illik yubileyi münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin adından təbrik edir, növbəti 100 illikdə fəaliyyətlərində yeni uğurlar arzu edirik.
Qeyd edək ki, 27 mart 1921-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Quba Kənd Təsərrüfatı Texnikumu kimi yaradılan təhsil müəssisəsi fəaliyyət göstərdiyi bu illər ərzində dəfələrlə adı və tabe olduğu nazirliklər dəyişsə də məqsədi və qayəsi dəyişməmiş, savadlı kadr potensialının yetişdirilməsi üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gəlmişdir.