17 mart 2022-ci il tarixdə ADPU-nun Quba filialında İnsan resursları şöbəsinin təqdimatı keçirilib.

21.03.2022
17 mart 2022-ci il tarixdə ADPU-nun Quba filialında  İnsan resursları şöbəsinin təqdimatı keçirilib.

Təqdimatda filialın direktoru dos.Y.Alıyev də iştirak edib.

Təqdimat zamanı  şöbənin baş mütəxəssisi Şəhriyar Laçınov qarşıya qoyulan məqsəd və vəzifələri, filialın direktoru dos.Y.Alıyevlə birlikdə atılan interaktiv, novator addımları,  ideyaları,  komanda ruhunu, *əməkdaşlarımızı* inkişaf etdirmək üçün nəzərdə tutulan fəaliyyətləri, filialda layihələrin yazılması,  formalaşdırılması  üçün iş bölgüsünün aparılması qaydalarını, ümumilikdə nəzərdə tutulan yenilikləri slaydlarla kollektivə təqdim edib.Təqdimat zamanı bir sıra vacib məqamlara toxunulub, əməkdaşların üzərinə düşəcək məsuliyyətlər qeyd edilib.

Sonda əməkdaşların sualları şöbənin mütəxəssisləri Şəhriyar Laçınov, Sərxan Ağasıyev tərəfindən cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?