Mayın 5-də 15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyəti, ADPU Quba filialı, Quba Rayon Perinatal Mərkəzinin , Quba Dövlət Sosial İiqtisad Kollecinin və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir “Zoom” platforması üzərindən onlayn formatda baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ADPU-nun Quba filialının tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib.
Daha sonra filialın “İbtidai sinif məllimliyi” ixtisasının birinci kurs tələbəsi Səma Asəfova Beynəlxalq Ailə Günü ilə əlaqədar məlumat verib və hazırladığı videoçarxı nümayiş etdirib.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında danışıb. Reproduktiv sağlamlığın səviyyəsini xarakterizə eədn amillər barədə məlumat verib. Çıxışda həmçinin düzgün qida rasionu da izah olunub, gənclərin maarifləndirilməsi məqsədilə slayd nümayiş edilib.
Daha sonra Quba Tibb Kollecinin direktor müavini həkim Nəzirə Əliyeva “Uşaqların doğulanadək cins seçiminə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda məruzə edib. Azərbaycanda qız və oğlan uşaqlarının sayı arasındakı fərq probleminə toxunub.
Tədbirin davamı olaraq Quba RİH baş məsləhətçisi Aynur Yəhyayeva Quba rayonunda Quba RİH təşəbbüsü ilə gənclərin milli-mənəvi dəyərlər, ailə dəyərləri ilə bağlı maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Əksər vaxtlarda ailələrin dağılma səbəbləri, bu istiqamətdə aparılan araşdırmalardan bəhs edib. Ailə qurarkən tələb olunan sənədlər sadalanıb. Qeyd edilib ki, son dövrlərdə sağamlıq haqqında arayış xüsusilə tələb olunur. Tədbirin ailə qurmaq ərəfəsində olan gənclərə düzgün istiqamət verilməsi baxımından önəmindən bəhs edib.
Tədbir vətənpərvərlik ruhunda videoçarxın təqdim edilməsi ilə başa çatıb.