Elmi Şuranın sədri, dosent Yusif Alıyev iclası giriş sözü ilə açaraq Elmi Şuranın üzvlərini və dəvət olunan əməkdaşları salamladı və bildirdi ki, iclasın gündəliyinə “Fakültə dekanlığının işi haqqında”, “Pedaqoji və ictimai fənlər” kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkil vəziyyəti, “Tələbələrin asudə vaxtının təşkili ilə bağlı həyata keçirilən tədbirlər haqqında” və cari məsələlər daxildir.
Dos.Yusif Alıyev gündəlikdə duran məsələləri qeyd edərkən həm də filialda professor və müəllim heyətinin, əməkdaşların sosial təminatı üçün atılacaq addımlardan, filialın qarşıya qoyduğu hədəflərin böyüklüyündən ətraflı bəhs edib. Yaxın günlərdə filialın 30 illik yubileyinin keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Daha sonra Y.Alıyev Filialın Tədris işləri üzrə direktor müavini t.f.d İsmayıl Mahmudovun və Tədris şöbəsinin müdiri Mələk Bağırovanın ad günlərini təbrik edərək, onlara kitab və gül dəstəsi bağışlamış və gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir. Filial üçün Mələk xanımın illərdir çəkdiyi zəhmətin əhəmiyyətini xüsusilə vurğulayan Y.Alıyev onun universitet üçün əvəzolunmaz rolundan bəhs etmişdir. Bu il tək filialın 30 illiyinin deyil, həmçinin Mələk xanımın filialdakı fəaliyyətinin də 30 ilinin tamam olduğunu demiş və ona filiala verdiyi töhfələr barədə öz dərin təşəkkürünü bildirmişdir. Daha sonra kollektiv nümayəndələri də bu xoş sözlərə qoşulmuş və hər iki əməkdaşın özəl günləri münasibətilə onları təbrik etmişlər.
Filialın Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov Elmi Şuranın gündəliyində olan mövzu haqqında çıxış etmişdir. Tədris fəaliyyətinə daim nəzarət edildiyini, dərslərin müvafiq cədvələ uyğun vaxtlı-vaxtında keçirildiyini qeyd etmişdir.
Ardınca gündəliyin növbəti mövzusu olan “Pedaqoji və ictimai fənlər” kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkil vəziyyəti ilə bağlı t.f.d. Elnur Nəsirov, sonra isə tələbələrin asudə vaxtının təşkili ilə bağlı həyata keçirilən tədbirlər haqqında THİK sədri Aygün Şıxbabayeva çıxış etmişdir.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilmişdir. Sonda sədr dosent Yusif Alıyev Elmi Şuranın iclasında qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.
Bizdə bir daha filialın əməkdaşları adından İsmayıl Mahmudovu və Mələk Bağırovanı səmimi qəlbdən təbrik edir, uğurlar arzulayırıq.