“ƏHMƏD CAVAD – XALQIN HAQQ BAĞIRAN SƏSİ” adlı Ustad dərsi keçirilib

24.11.2022
“ƏHMƏD CAVAD – XALQIN HAQQ BAĞIRAN SƏSİ” adlı Ustad dərsi keçirilib
ADPU-nun Quba filialında Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən “ƏHMƏD CAVAD – XALQIN HAQQ BAĞIRAN SƏSİ” adlı Ustad dərsi keçirilib
Dərs filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarovanın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələri ilə keçirilib.Əvvəlcə dərsdə sözlərinin müəllifi Əhməd Cavadın olduğu Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Daha sonra tələbələrin hazırladıqları təqdimatlar əsasında şairin həyat və yaradıcılığı, uğradığı haqsızlıqlar, yazdığı şeirlər, lirik və satirik əsərlər, şeirlərinə bəstələnən musiqilər səsləndirilib, şairin həyatından müəyyən məqamlar səhnələşdirilib, şair haqqında yazılan əsərlərdən ibarət kitablar təqdim olunub.
Dərs zamanı qeyd olunub ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
Ustad dərsində filialın struktur rəhbərləri, kafedranın müəllimləri iştirak edib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?