Zəminə Vahid qızı Qayıbxanova  

Ana səhifə » Zəminə Vahid qızı Qayıbxanova  

Zəminə Vahid qızı Qayıbxanova  2 aprel 1974- ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub.

Təhsili:

1991 – ci ildə Qusar şəhəri 1 saylı orta məktəbi bitirib.

1998- ci ildə Azərbaycan İctimai – Siyasi Universitetinin “Fəlsəfə” fakultəsinin filosof, insan və cəmiyyət müəllimliyi ixtisası üzrə bitirib. 2001-ci ildə BDU – nun  magistraturasını bitirib.

Əmək fəaliyyəti.

2001 – 2009 – ci illərdə M. Ə. Sabir adına Bakı Pedaqoji Kollecinin Qusar filialında müəllim.

2009 – 2011 – ci illərdə Qusar şəhər 1 saylı orta məktəbində müəllimi .

2012 – 2015 – ci illərdə ADPU – nun Quba filialında müəllim.

2015 – 2021 – ci illərdə ADPU – nun Quba filialında baş müəllim.

Elmi fəaliyyət.

Sosial – iqtisadi proseslərdə dəyərlərin rolu. Elmi məqalə. XXI-əsr qlobalizasiya cəmiyyətin sosial – iqtisadi problemləri. Bakı – 2013,”Dərələyəz – M”.

Estetik şüurun mahiyyətinə dair. Elmi məqalə. Azərbaycan Təhsil Nazirliyi Bakı Dövlət Universiteti.Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış №1 Bakı-2013

Müasir dövrün aktual problemləri. Elmi məqalə. Ali məktəblərarası elmi əsərlər toplusu. Bakı – 2013

Tolerantlıq və multikulturalizm Azərbaycan modelində. Elmi məqalə. Azərbaycan Təhsil Nazirliyi Bakı Dövlət Universiteti.Sosial və humanitar elmlərin müasir problemləri.Elmi əsərlər toplusu. Buraxılış №1 Bakı-2020

2020 ci il 14 may tarixində ulu öndər Heydər Əliyevin 97- ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: Reallıqlar və perspektivlər ” başlıqlı konfransda iştirak etdim. ADPU Quba filialı tərəfindən 29 may 2020 ci ildə sertifikatla təltif edildim.

Elmi məqalə: “Tolerantlıq və multikulturalizm azərbaycan modelində”. Sosial və humanitar elmlərin müasir problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universiteti. Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış № 25, Bakı –  2020, II hissə, səh. 266 – 270

Elmi məqalə: “ Sosial sferanın inkişafında dövlətin sosial siyasətinin təkmilləşməsi”. Sosial və humanitar elmlərin müasir problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universiteti. Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış № 27, Bakı – 2021, (III hissə), səh. 30 – 39

Elmi məqalə: “ Tarix fəlsəfəsində müsair tarix mərhələsi ”. Sosial və humanitar elmlərin müasir problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universiteti. Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış № 28, Bakı – 2021. Nəşr ediləcək.

Elmi məqalə: “Tarix fəlsəfəsində müasir tarix mərhələ”,Sosial və humanitar elmlərin müasir problemləri, elmi əsərlər toplusu, Buraxılış №”28(III hissə),Bakı-2021

Tezis: İKT VƏ TARİXİ FAKTLARIN TƏDQİQİ VƏ TƏHLİLİ

Respublika statuslu konfrans – 20.10.2021. BDU -Ünvan: Z. Xəliov 23, korpus 2, otaq 901. Mövzu: “Dövlət suverenliyinin möhkəmləndirilməsi yolunda sosial və humanitar problemlərin həlli xüsusiyyətləri”.

 

İştirak etdiyim treyninqlər, seminarlar, konfranslar:

  1. “Azərbaycan Xalq Cümhuriyyəti – 100” illiyinə həsr olunmuş geniş proqramda konfrans, Qusar -2017;
  2. “Dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirinin təşkili” Quba – 2016 ( oktyabr – noyabr );
  3. Azərbaycan Xalq Cümhuriyyətiunin  100 illiyi münasibətilə “Dogma Azərbaycan”  mövzusunda konfrans, Qusar – 2017;
  4. “Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir” movzusunda konfransı. Qusar – 2018;
  5. Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilən layihələr çərçivəsində inklüziv təhsil üzrə təlimdə iştirak etdim və sertifikatla təltif olundum.

 

2008 -ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür

Subaydır

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?