TƏBRİK EDİRİK !
ADPU-nun Quba filialının Təsərrüfat şöbəsinin əməkdaşı Fərhad Malıyevin 60 yaşı tamam olur. Yubiley münasibətilə Filialın direktoru dosent Yusif Alıyev Fərhad Malıyevi təbrik edib, filialda nümunəvi davranışını və zəhmətsevərliyini yüksək dəyərləndirdiyini qeyd edib.
Qeyd edək ki, Fərhad Malıyev uzun illərdir Filialda bağban ştatında çalışır və Filialda əməyi, zəhmətsevərliyi ilə kollektivin hər bir üzvünün rəğbətini qazanıb.