Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə “Zəfər kuboku”nun final mərhələsi baş tutub.
Gərgin mübarizənin sonunda “Zəngəzur” komandası “Zəfər” kubokunun sahibi olub. “Turan” komandası II, “Victory” komandası isə III yerdə qərarlaşıb. Qalib komandalar diplomlarla təltif olunub.
Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.