Ümumdünya Psixologiya gününə həsr olunan görüş keçirildi

11.05.2021
Ümumdünya Psixologiya gününə həsr olunan görüş keçirildi

ADPU Quba filialında 10 May Ümumdünya Psixologiya gününə həsr olunan görüş keçirilib. “Motivasiyanın həyatımızdakı əvəzsiz rolu” adlı seminar psixoloq Gülər Məmmədova ilə filial tələbələri arasında, onlayn şəkildə baş tutub.

Görüş filialın tərbiyə işləri ürzə direkor müavini Aysel Şeydayevanın giriş sözləri ilə başlayıb. O Psixoloq Gülər Məmmədova barədə məlumat verib və görüşün keçirilmə zərurətlərini sadalayıb. Filialın psixoloq əməkdaşları və tələbələrini bu gün münasibətilə təbrik edib.

Daha sonra filial tələbələrinin Psixologiya günün münasuibətilə təbrik videou nümayiş etdirilib.

Filialın Psixologiya ixtisasının tyutoru Xəyalə Dilək psixoloq Gülər Məmmədova ilə tanışlığından söz açıb və onun işgüzar fəaliyyəti barədə məlumat verib.

Psixoloq Gülər Məmmədova motivasiya, onun insan həyatındakı rolundan bəhs edib. Bildirib ki, motivasiya prosesi daxili və xarici olmaqla iki hissəyə ayrılır. O çıxışında xarici və daxili motivasiyann fərqini nümunələr əsasında izah edib. Emosional gigiyena termini hərtərəfli izah olunub. Neqativləri insan psixologiyasından uzaqlaşdırmağın yolları  və uğura gedən yolda motivasiyanın rolundan bəhs edilib. Intiharın qarşısını alma yolları, motivasiya seminarın əsas istiqamətini təşkil edib. Yeniyetmələrlə valideynlər arasındakı münasibət, problemləri həll etmə yolları şərh olunub. Keçmiş, indiki və gələcək zamanda yaşamağın üstünlükləri və çətinlikləri açıqlanıb.

Görüş tələbələrlə sual-cavab formatında, diskussiya şəaitində davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?