Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 105-ci və 26 fevral – Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilmişdir. Tədbirdə universitetin Dr.İsmayıl Mahmudov, Dr.Təhminə Əliyeva, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblı, kompleksin əməkdaşı Abutalıb Turabov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbə heyəti iştirak etmişlər. Çıxış edən natiqlər 1918-ci il soyqırımları zamanı 50 mindən çox günahsız insanın erməni qəsbkarları tərəfindən qətlə yetirilməsi, memorial kompleksin fəaliyyəti, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində fəaliyyəti haqqında ətraflı məlumatlar vermişlər. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilmişdir.