Telman Mehdi oğlu Qasımov

Ana səhifə » Telman Mehdi oğlu Qasımov

Telman Mehdi oğlu Qasımov 20 may 1983-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan  olub.

Təhsili:

2000-ci ildə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31  saylı tam orta məktəbi bitirmişdir.

2004-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin bakalvriaturasını riyaziyyat ixtisaı üzrə bitirmişdir.

2006-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin magistraturasını Diferensial və İnteqral tənliklər ixtisaı üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2006-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin N-saylı hərbi hissəsihdə hərbi xidmət keçmişdir.

2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin dissertanturasında təhsil alıb.

Əmək fəaliyyəti:

2013-ci ildən Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin Diferensial və İnteqral tənliklər kafedrasında 1 ştat baş müəllim;

2017-2020-ci illərdə Bakı Dövlət Universitetinin Qazax filialı 0.5 ştat(əvəzçiliklə) baş müəllim;

2019-2020-ci illərdə Lənkəran Dövlət Universiteti 0.5 ştat(əvəzçiliklə) dosent;

2021-ci ildən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasında 0.5 ştat dosent(əvəzçiliklə) vəzifəsində çalışır.

Elmi fəaliyyəti:

2012-ci il 15 martda Bakı Dövlət Universitetinin Dissertasiya şurasında “Bir sinif hiperbolik tip tənliklərlə təsvir olunan proseslər üçün optimal idarəetmə məsələsi” mövzusunda dissertasiya işi müdafiə etmiş, 2013-ci il 15 yanvarda  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Yerli və beynəlxalq elmi jurnallarda 13 məqalə(ikisi SCI jurnallarda) və 24 tezisi çap olunmuşdur.

Hiperbolik tip tənlik üçün bir optimal idarəetmə məsələsi. 2005 www.imm.az

 

Hiperbolik tip tənlik ilə idarə olunan və kvadratik meyarı olan proses üçün bir optimal idarəetmə məsələsi. 2006 www.imm.az

 

Optimal control problem for the hyperbolic type equation with non – classic boundary conditions. 2008 www.bsu.edu.az

 

Задачи управления с минимальной энергии гиперболических систем второго порядка с двумя независимыми переменными 2009 www.imm.az

 

Об управляемости для волнового уравнями, с неклассическими краевыми условиями. 2009

 

www.bsu.edu.az

 

Об управление для волнового уравнения с неклассическими краевыми условиями с помощью граничного управления 2009

 

www.bsu.edu.az

 

Klassik olmayan sərhəd şərtli dalğa tənliyi ilə idarəolunan proseslər üçün minimal enerjili optimal idarəetmə məsələsi. 2010 www.bsu.edu.az

 

Qursa – Darbu məsələsi üçün zəif həllin varlığı və yeganəliyi haqqında. 2011 www.bsu.edu.az

 

 

Об управляемости для волнового уравнения с неклассическими краевыми условиями. 2010 www.bsu.edu.az

 

Minimal energy control for the wave equation with non – classical boundary condition.     2010 www.adpu.edu.az

 

Приминение l-  проблемы моментов для решения задачи оптимального управления системами линейных гиперболических уравнений. 2010  

www.bsu.edu.az

 

Minimal energy control for two – dimensional wave  equation with non – classical boundary condition. 2010 www.imm.az

 

 

A minimal energy control problem for second – order linlar hyberbolic systems with two independent variables. 2011  

 

Управление с минимальной энергией для неоднородного равнения колебания струны с неклассическими краевыми условиями. 2012 www.bsu.edu.az

 

Beynəlxalq konfrans və simpoziumlarda iştirakı:

Riyaziyyat və informatikanın  aktual problemləri.  Prof. I.T.Əhmədovun anadan olmasının 50-illik yubleyinə həsr olunmuş beynəlxalq konfrans. Bakı 2005

The 2nd Interntional Conference on Control and Optimization with Industrial Applications, June 2 – 4, 2008.

АМЕА  Riyaziyyat və mexanika İnistutunun 50 illiyinə həsr olunmuş riyaziyyat və mexanika üzrə Beynəlxalq konfras. Bakı 2009.

Bakı  Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın. Bakı 2009.

Ailəlidir,  1 oğlu,1 qızı var.

 

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?