“TALANT” art klub

08.07.2020
“TALANT” art klub

“TALANT” art klubu 6 dekabr 2019-cu il tarixindən fəaliyyət göstərir.

Klubun yaradıcısı, ideya rəhbəri Pedaqoji fakültənin tyutoru, rəssam  Püstəxanım Seyidovadır.

Klubun əsas məqsədi gələcəyimiz üçün savadlı kadrların hazırlanması, tələbə-gənclərin istedadının üzə çıxarılması, günün tələbinə uyğun onların asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətimizin gələcək inkişafında yeni uğurlu layihələrə imza atılması üçün məqsədyönlü motivasiyaların yaradılması, gənclərin istedad və bacarıqlarına, maraqlarına uyğun yönləndirilməsidir.

İncəsənətin müxtəlif sahələrinə-musiqi, rəsm, rəqs, aktyorluğa aid istedadları olan tələbələrin və əməkdaşlarla müxtəlif işlər görülməsi və tədbirlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, bu klubun açılışı da filial tarixində yeniliklərdən biridir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?