TAİB-lə ADPU-nun Quba filialı soyqırıma aid birgə konfrans keçirdi

TAİB-lə ADPU-nun Quba filialı soyqırıma aid birgə konfrans keçirdi

31 mart 2023-cü il tarixində Türk Ağsaqqalları İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycanda Heydər Əliyev ili çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımının 105-ci ildönümünə həsr edilmiş “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda TAİB-in Təşkilat komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik, tibb elmləri doktoru Südeif İmamverdiyev, Filialın direktoru Yusif Alıyev, TAİB İdarə heyətinin üzvləri, tanınmış ziyalılar, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.

Konfrans iştirakçıları tədbirdən öncə Ulu öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmiş, daha sonra isə Quba Soyqırımı Memorial Kompleksini və Quba Şəhidlər Xiyabanını ziyarət ediblər.

ADPU-nun Quba filialının Akt zalında keçirilən Konfransın moderatoru, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva konfransı Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edib.

Daha sonra filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev giriş nitqi ilə qonaqları salamlayıb, səfərin tarixi əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya çapında ölkəmizin qüdrətini və gücünü təmsil edən qətiyyətli və önəmli siyasi kursundan bəhs etdi. Həmçinin belə bir konfransın məhz TAİB-lə birgə təşkil edilməsinin xüsusi önəm daşıdığını qeyd edib. Çünki TAİB-in sıralarında ölkənin ictimai, siyasi, mədəni həyatında tanınmış nüfuzlu insanlar daim Azərbaycanın tarixi həqiqətlərini dünyada yaymağa çalışan insanlardır. Natiq qeyd edib ki, 31 mart soyqırımı və ya mart hadisələri – 1918-ci ilin 20 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə düşüb. Məhz həmin tarix 1998-ci il martın 26-da prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Daha sonra konfransda TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, Tibb elmləri doktoru, akademik Sudeif İmamverdiyev “Azərbaycanlıların 31 mart soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vəhşiliyinin bariz təzahürüdür” mövzusunda ətraflı çıxış edib. Həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü xidmətlərdən və 31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəkini rolundan danışıb.

Daha sonra konfransda TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu, TAİB-in İdarə Heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Televiziya və Radio Akademiyasınln rektoru, publisist, nasir, TAİB-in sədr müavini Telli Pənahqızı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, Tele-jurnalist, TAİB-in İdarə Heyətinin üzvü Mübariz Süleymanlı, Gənclər Təşkilatının sədr müavini, qazi Qədir Quliyev mövzu ətrafında geniş məzmunlu çıxış edərək vurğulayıblar ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu olan səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır, hansı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Çıxış edənlər həm də konfransın təşkilinə görə təşəkkür ediblər.

Elmi-praktik konfransın sonunda TAİB-in sədri akademik Südeyf İmamverdiyev ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Türk dünyasında elm, təhsil və mədəniyyət sahəsində müstəsna xidmətlərinə və Heydər Əliyev irsinin təbliği istiqamətində önəmli fəaliyyətinə görə “Fəxri diplom”la təltif edilib. Həmçinin f.e.d. Yusif Alıyev də TAİB tərəfindən təhsilin inkişafında xidmətlərinə və “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın yüksək səviyyədə təşkilinə görə təltif edilib, ona taibin təsisçisi Ramin Əhmədovun müəllifi olduğu “Heydər Əliyev və antiterror siyasəti” adlı kitab hədiyyə edilib.

Həmçinin məruzəçilər tərəfindən filialın kitabxanasına maraqlı və oxunaqlı kitablar hədiyyə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?