TƏBRİK EDİRİK !

TƏBRİK EDİRİK !

Azərbaycan Respublikasının elm və təhsil siyasəti o qədər mükəmməl, o qədər açıq və geniş imkanlar alanında hazırlanmışdır ki, təhsillə məşğul olan hər kəs və istənilən elm mütəxəssisi sərbəst və rahat şəkildə dünya təhsil və elm sferalarına inteqrasiya edərək Vətənimiz Azərbaycanın adına böyük uğurlu işlər görə bilər. Necə ki, bu sahədə yetərincə uğurlar əldə etmiş böyük alim və mütəxəssislərimiz vardır.

ADPU-nun  Quba filialının direktoru dosent Yusif Alıyevin də həyat fəaliyyətinin və işinin Azərbaycanda elm və təhsil siyasətinə xidmət etmək olduğunu nəzərə alsaq elm və təhsilimiz üçün onun hər zaman əlindən gələn işlər görməyə səy göstərdiyini, təşəbbüslər irəli sürdüyünü və layihələr icra etdiyini görürük.

AMEA-nın Fizika İnstitutunun Elmlər doktorluğu proqramı üzrə dissertantı Yusif Alıyevin 2020-ci ildə elmi nəticələrin dərc olunması tövsiyə edilən beynəlxalq xülasələndirmə və indeksləmə bazalarının siyahısına (impakt faktor göstəricili) daxil olan jurnallarda 7 elmi məqaləsi çap olunub.

Y. Alıyevin “Google Akademic” elmmetrik bazasında indeksləşən jurnallarda dərc olunuan məqalələrinə 2020-ci il üzrə 118 istinad olmuşdur. Həmçinin “Web of Science”, “Scopus” kimi digər elmmetrik bazalarda da aşağı, yuxarı istinad sayları bir-birnə yaxındır.

Hörmətli Yusif müəllim, uğurlar arzu edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?