ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.Bu münasibətlə hörmətli direktorumuzu filialın professor, müəllim və tələbə kollektivi adından səmimqəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Qələminiz iti olsun Yusif müəllim!
Qeyd:
“Böyük Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməli atılan Azərbaycan mətbuatı tarixində peşəkarlığına, əqidəsinə, vətənpərvərliyinə həmişə qibtə etdiyimiz onlarca jurnalist-tədqiqatçı yazarlardan ömrümüz boyu öyrənmişik, bu gün öyrənirik.
“Kaspi”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Şərq qadını” kimi dövrü mətbuat dərgilərində yüzlərlə maraqlı yazıları ilə cəmiyyəti cəhalətdən tərəqqiyə, işığa, inkişafa səsləyən aydınlarımızın yolu bu gün də xələfləri tərəfindən davam etdirilir.
Müasir mediada gözəl ənənələri, özünəməxsus izləri olan əqidəli, şərəfli, peşəkar, vətənpərvər qələm əhli Azərbaycan Jurnalistlər Birliyinin sıralarında birləşərək doğma vətənimiz naminə müqəddəs peşə fəaliyyətlərini sürdürürlər.
Nəhayət ki, 20 ilə yaxın media fəaliyyətimə görə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Böyük istedad sahibləri, ölkənin aparıcı, güclü və peşəkar jurnalistləri ilə bir Birlikdə təmsil olunmaq həqiqətən də çox qürurvericidir.
Bu yolda üzərimdə zəhməti olan bütün dostlarıma, xüsusilə də onlarca jurnalistin və şəxsən mənim media bacarıqlarımın formalaşmasında və jurnalist kimi yetişməyimdə xüsusi əməyi, zəhməti olan, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, ustadım Akif Aşırlıya gözünüz aydın deyirəm.
Azərbaycan Jurnalistlər Birliyinin sədri hörmətli Elçin Şıxlinskiyə Birliyin üzvlüyünə qəbul etdiyinə görə bir daha minnətdarlığımız bildirirəm.” Dosent Yusif Alıyev.