ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin və filialın ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun birgə müəllifliyi ilə “Education Policy and Leadership (Təhsil Siyasəti və Liderlik) adlı elmi məqaləsi 3-5 sentyabr 2021-ci il tarixində Çexiya Respublikasının Praqa şəhərində keçiriləcək 3-cü “Tədris və Təhsil” adlı Dünya Konfransında (3rd World Conference on Teaching and Education) qəbul olunub və müəlliflərə məruzə üçün konfransın Təşkilat Komitəsi tərəfindən dəvət məktubu göndərilib. https://www.worldcte.org/
Qeyd edək ki, konfransın təşkilat Komitəsi 13 ölkənin təhsil sahəsi üzrə tanınmış akademik və pedaqoq mütəxəssislərindən ibarət elmi heyəti tərəfindən iki formalı yoxlamadan keçərək rəylərə əsasən 89.7 % orijinallıq və aktuallıq baxımından 5 ballıq sistemdə 4.5 balla qiymətləndirilmişdir.
Məlumat üçün qeyd edək ki, konfransa təqdim olunan məruzələrin SCOPUS, ISI/THOMSON REUTERS, DOAJ, EBSCO, GOOGLE SCHOLAR, COPERNICUS və s. kimi beynəlxalq indekslənmələrdə yer tutmuş elmi jurnalda çap olunması nəzərdə tutulur.