
Kafedra 2003 cü ildən yaradılıb .İlk illərdə kafedraya ictimai əsaslarla rəhbərlik həyata keçirilib Quba filialında ilk yaranandan kafedradır.Daha sonralar filialda əlavə ixtisaslar açıldığından dərs yüklərinin çoxalması ilə əlaqədar digər kafedralar yaradıldığından,bu kafedra yalnız təbiət fənləri üzrə ixtisaslaşır və kafedraya rəhbərlik fəlsəfə üzrə elmlər namizədi dosent Güləddin Əmri oğlu Həmzəyevə tapşırılır.
2012 ci ildən hazırki vaxta kimi kafedraya Güləddin Həmzəyev rəhbərlik edir.Hazırki vəziyyətdə ölkəmizdə pandemiya şəraiti olduğuna görə 65 yaş yuxarı müəllimlərin işə gəlməsi icazəsi olmadığına görə ictimai əsaslarla rəhbərlik kafedranın baş müəllimi riy üzrə fəlsəfə doktoru N.Ə.Süleymanova həvalə edilmişdir. Kafedra fəaliyyətə başladığı ilk illərdə dosent Sevil Həbibzadə, r.ü.f.d.Mehriban Fəttahova, prof.Həmdulla Aslanov, prof.Əkbər Əliyev, tex.elm.üzrə fəl.dok.Məmməd Rəcəbov, biol üzrə.fəl.dok.Rəhimbəy Dəmirov,coğ.üzə.fəl. dok. İsa Qasımov,dosent Rəna Umudova, baş müəllim Yunis Əlihüseynov,baş müəllim Məsumə Hacıyeva,baş müəllim Faina Qədiməliyeva və başqaları çalışmışdır.
Kafedranın əhatə etdiyi fənləri nəzərə alsaq, kafedrada dörd : riyaziyyat,informatika,coğrafiya və tibbi istiqamətləri üzrə elmi – tədqiqat işləri aparılır. Zaman zaman kafedranın müəllim tərkibi dəyişilib və kafedrada ştat müəllimlərin sayı artmışdır.
2020/2021 –ci tədris ilində kafedrada 28 nəfər müəllim çalışır ki, onlardan 11 nəfəri elmi dərəcəli müəllimlərdir.Kafedrada müəllimlər, 10 tam ştatlı,14 nəfər 0.5 ştat, 4 nəfər isə saathesabı yolla fəaliyyət göstərirlər. Ştatda olan müəllimlərin 5 nəfəri dosentdir.Kafedrada 1 nəfər aqrar elmləri üzrə elmlər doktoru da fəaliyyət göstərir. Kafedrada təcrübəli, elmi metodiki sahələrdə işinin öhdəsindən gələn müəllimlər çalışır.Kafedranın persektivli kadr potensialı da ürəkaçandır. Belə ki, kafedrada ikisi riyaziyyat,biri informatika,ikisi coğrafiya ixtisası üzrə 5 nəfər disertant çalışır.
2020/2021 ci tədris ilində kafedra ”Riyaziyyat-informatika müəllimliyi” üzrə -45 fənn ,”İbtidai sinif müəllimliyi” üzrə -15 fənn,”Tarix coğrafiya müəllimliyi” ixtisası üzrə -26 fənn ,”Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə – 8 fənn,”Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə – 3 fənn olmaqla, 80 fənn tədrisi nəzərdə tutulmuşdur.Kafedra üzrə illik dərs yükü 9729 saatdır ki,bunun 1941 saatı pedaqoji təcrübə saatı təşkil edir.
Məlum olduğu kimi ,2020/2021 ci tədris ilində pandemiya şəraiti davam etdiyindən dərslər onlayn aparılır.Ənənəvi dərslərdən fərqli olaraq onlayn dərslərin aparılmasının çox funksiyali asılılığının öhdəsindən kafedra əməkdaşları uğurla gəlirlər. Hələ dərs ilinin əvvəlində “Microsoft Teams” platforması üzərindən dərsləri daha yaxşı tədris edə bilmək üçün kafedra əməkdaşları filialda yaradılan “Microsoft Teams” kurslarında təcrübə öyrəndilər. Məhz bu səbəbdən dərs ilinin I yarim ilində tədrisi nəzərdə tutulan fənlər üzrə mühazirə və seminarlar onlayn aparılmış, nəzəri və praktik materialların elektron versiyası tələbələrə izah edilməklə onların elektron poçt ünvanına göndərilmişdir .Dərs ilinin əvvəlində kafedranın bütün əməkdaşları tədris edəcəkləri fənlərin sillabuslarını kafedranın elektron poçt ünvanına yönləndiriblər.Fənlər üzrə proqram təminatı dövlət standartlarına tam uyğun şəkildə aparılır.Proqramı olmayan bəzi seçmə fənlər üzrə və fənn müəllimi tərəfindən işçi proqram hazırlanaraq kafedranın onlayn keçirdiyi iclasda müzakirədən sonra təsdiq edilmişdir.
Kafedra üzrə həmişəkindən fərqli olaraq açıq dərslərin sayı xeyli artdı ki bu da “Teams “ platforması üzərindən həyata keçirilir və açıq dərslərdən aparılan qeydlər kafedranın onlayn iclasları zamanı müəllimlərin nəzərinə vaxtaşırı çatdirilmışdır.
Kafedra üzrə elmi dərəcəli müəllimlərin sayı əvvəlki illərə müqayisədə nəzərə çarpacaq şəkildə dəyişib.Belə ki, “Mülki müdafiə və tibbi biliklərin əsasları” fənni üzrə iki nəfər elmi dərəcəli müəllim biol el üzrə fəl.dok Məmmədov Ayaz, biol el üzrə fəl.dok Ağayeva Səltənət kafedranın 0.5 ştatla müəllim təyin olmuşlar.
Kafedranın perspektivini nəzərə alaraq coğrafiya və informatika üzrə kafedraya gənc disertantlar işə götürülüb.
Kafedranın pandemiya şəraitində elmi tədqiqat üzrə gördüyü işləri yenilənib kafedra müəllimlərinin elmi istiqamətlər üzrə nəzərdə tutulan planlı tədqiqat işlərini davam etdirməklə müxtəlif indeksli jurnallarda məqalələri çap olunmuşdur.Kafedranın müəllimi dosent Yusif Alıyevin xaricdə (Rostoks Universiteti Almaniya Oktyabr 2020), və (R.F. Sankt Peterburq,mart 2020) indeksli jurnallarda bir neçə elmi məqalələri çap olunub və elmi konfrans və simpoziyumlarda iştirak etmişdir. Bu tədris ilində 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni işğalçıları tərəfindən Qarabağ ekosisteminə edilmiş təcavüzlə bağlı “Qarabağ ekosisteminə erməni təcavüzü və onun iqtisadi sosial nəticələri” adlı respublika əhəmiyyətli elmi praktik konfrans keçirilməsi planlaşdırılıb.
Pandemiya şəraiti olduğundan kafedra müəllimlərinin ölkə daxili və xarici konfranslara onlayn formada qoşularaq iştirak etməklə öhdələrinə düşən vəzifələri yerinə yetirmişlər.
44 günlük Vətən müharibəsində arxa cəbhədə çalışan kafedra əməkdaşları müxtəlif dəstək proqramında iştirak etməklə ordumuza dəstəyi nümayiş etdirməyı özlərinə bir şərəf borc bilmişlər.
Kafedra müdiri. geo.men. el.üzrə fəl.dok Güləddin Həmzəyev