Surxayev Səmədağa Məmmədəli oğlu 13 avqust 1954-cü il tarixdə Quba rayoninin Xınalıq kəndində anadan olmuşdur.
Təhsili
1971-cü ildə Xınalıq kənd səkkizillik məktəbini, 1973-cü ildə “Qırmızı Qəsəbə” orta məktəbini bitirmişdir.
1977- ci ildə Az KTİ-nun Zoomühəndislik fakültəsinə daxil olaraq 1982- ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir.
1989-cu uldə “Murrah camış cinsinin və onun qafqaz camışları ilə mələzlərinin bioloji və təsərrüfat xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və hazırda “Azərbaycan camışının murrah cinsi əsasında təkmilləşdirilməsi” mövzisinda doktorluq dissertasiyasını yekunlaşdıraraq müdafiəyə təqdim etmişdir.
Aqrar sahə üzrə fəlsəfə doktorudur. 1994-cü ildən dosent vəzifəsində çalışır.
Əmək fəaliyyəti.
1973-1975 –ci illərdə hərbi xidmətdə olmuş,
1975-1976-cı illərdə Quba rayon Dimitrov adına sovxozda fəhlə;
1976 –cı ildə Bakı Mebel kombinatında işləmiş
1977-1982-ci illərdə AKTİ-nin Zoomühəndislik fakültəsini bitirmiş və 1982-ci ildən assistent, 1994-cü ildən hal-hazırkı dövrə qədər dosent vəzifəsində işləyir;
1982- ci ildən etibarən Təhsil Nazirliyinin təyinatı əsasında “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi” kafedrasında müəllim təyin olunmuşdur.
2010-cu ilə qədər Azərbaycan Dövlət Aqrar Universistetində “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi” kafedrasında dosent vəzifəsində işləmiş.
2010/2011-ci ildən etibarən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında dosent işləyir.
Elmi fəaliyyəti:
Tədqiqat sahəsi.
Azərbaycan camışların təkmilləşdirilməsi istiqamətində elmi tədqiqat işləri aparmış, 90-dan artıq elmi məqaləsi mərkəzi və xarici ölkə jurnallarında çap olunmuş, 1 dərslik, 4 dərs vəsaiti, 1 monoqrafiya və heyvandarlığın müxtəlif sahələrin inkişafı ilə əlaqədar 8 elmi tövsiyyə, 2 səmərələşdirici təklif istehsalata tətbiq etmişdir.
Beynəlxalq seminar , simpozium və konfranslarda inkişafı.
1989,1990,1991,1992 və 1994-cü illərdə Orenburqda Ümumittifaq konfransların iştirakçısı;
1991-ci ildə Bolqarıstan Varna şəhəri Beynəlxalq camışçılıq simpoziumu;
1991- Alma-ata Ümumittifaq konfransı;
1991-ci il Bişkek Ümumittifaq konfransı;
2003- Gəncə, Beynəlxalq Gəncə- Kars baytarlıq simpoziumu.
Seçilmiş əsərləri:
- 2005. Fermer təsərrüfatlarında camışçılığın inkişaf etdirilməsi və elmi nəticələrin istehsalata tətbiqi. AKTA-nın elmi əsərləe toplusu, Gəncə;
- 2004. Camış naxırının seleksiyası və onun səmərəliliyinin qiymətləndirilməsi. Beynəlxalq elmi simpoziumun küllüyatı, AKTA,-75, Gəncə;
- 2003. Azərbaycan camışının təkmilləşdirilməsi sayəsində elmi nailiyyətlərimiz. Gəncə-Kars Baytarlıq simpoziumum materialları, Gəncə;
- 2001. Azərbaycasn camış cinsinin və myrrah mələzlərinin bonitrə edilməsunə dair təlimat. Gəncə.
- 2000. Azərbaycan camış cinsinin təkmilləşdirilməsi ilə əlaqədar damazlıq işinin təşkilinin xüsusiyyətləri Tövsiyyə, Gəncə.
Kitablar.
- 2000. Xəzdərili vəhşi heyvanlar “Nərgiz” nəşriyyatı, Baki,Təhsil Nazurliyinin qrifi ilə dərslik.
- 2000. Azərbaycan camış cinsinin bioloji təsərrüfat xüsusiyyətləri, genetik seleksiya üsulları ilə qiymətləndurulməsi və təkmilləşdirilməsi yolları. Bakı, “Elm” nəşriyyatı – monoqrafiya
- 1992. Maldarlıqda ət məhsuldarlığının yüksəldilməsi və qiymətləndirilməsi, Bakı, dərs vəsaiti;
- 2004. İnək və düyələrin süni mayalandırılması, fermerlər üçün vəsait, Gəncə.
- 2004.Arıçılıq, fermerlər üçün vəsait, Gəncə.
- 2004. Süd istehsalının texnologiyası, fermerlər üçün vəsait, Gəncə.
- 2009. Kənd təsərrüfatı heyvanların yetişdirilməsi üsulları. Dərs vəsaiti, Gəncə.
Dövlət və beynəlxalq proqram və qrantlar.
2004 –cü ildən etibarən Gəncə Aqrobiznes Assosiasiyası- Məsləhət –ekspert; Azərbaycanın Qərb bölgəsində heyvandarlığın və arıçılığın inkişafı ilə əlaqədar fermer və sahibkarlara məsləhət xidməti göstərir və maarifləndirmə işi üzrə təlimlər keçib.
Ailəlidir. 1 oğlu , 2 qızı var