Şixəmməd Şahkərəm oğlu Seyidməmmədov 1 fevral 1952-ci ildə Quba rayonunun Qımıl kəndində anadan olub.
Təhsili:
1969-cu ildə Quba rayonu Qımıl kənd orta məktəbini bitirmişdir.
1978-ci ildə Bakı Dövlət Universitetini coğrafiyaçı, coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyəti:
1970-1972-ci illərdə Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. Baş leytnantdır;
1975-1977-ci illərdə Quba rayonu Xaltan kənd orta məktəbində direktor;
1977-1979-cu illərdə Quba rayonun Küsnətqazma kənd əsas pillə məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini;
1979-1983-cü illərdə Quba rayonu Küsnətqazma kənd əsas pillə məktəbində direktor;
1983-cü ildən 14 iyun 2021-ci il tarixə kimi Quba rayonun Dağlı kənd tam orta məktəbində müəllim;
1986-2017-ci illərdə Quba rayon Təhsil Şöbəsində coğrafiya metodisti;
1995-1998-ci illərdə Baş İxtisasartırma İnstitutunun Quba İstinad Məntəqəsində Humanitar fənlər kabinetinin müdiri;
1998-2017- ci illərdə Quba şəhər Texniki Təmayüllü Liseyində müəllim;
15.09.2017-ci il tarixdən ADPU-nun Quba filialının “Təbiət fənlər və onun tədrisi kafedarsında 0.5 ştatla baş müəllim;
2003-2016-cı illərdə ictimai əsaslarla “Xınalıq” və “Tərəqqi” qəzetlərinin baş redaktoru;
2000-ci ildən ictimai əsaslarla “Sözün sorağı” qəzetinin baş redaktoru;
2000-ci ildən ictimai əsaslarla Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin sədri;
Eyni zamanda müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Texnikumunun Quba filialında və Quba Özəl Türk Liseyində də müəllim işləyib.
Elmi fəaliyyəti:
Respublikanın müxtəlif qəzet və jurnallarında çap olunmuş 200-dən çox elmi-publisistik, 1000-dən çox publisistik məqalənin müəllifidir:
- “Qubanın təbiət möcüzələri”, “Azərbaycan gəncləri” qəz., 23.08.1975
- “Rəvayətlər, hadisələr”, “Azərbaycan müəllimi” qəz., 26.07.1975
- “Düzənliklərin əmələ gəlməsi və dəyişilməsi mövzusunun tədrisi”, “Tarix, ictimaiyyət və coğrafiya tədrisi jur., 1985 N. 3, səh. 95-51
- “Şəfa suyu və ona qayğı barədə”, “Azərbaycan təbiəti”, 1988 N.3 səh. 36-37
- “Dağlarda ada”, “Azərbaycan təbiəti”, N.5, 1991 səh. 8-10
- “Qəribə abidələr”, “Xalq qəzeti”, 16.12.1992, N.232, səh.4
- “Coğrafi peşələr”, “Yeni Azərbaycan”, 12.11.1999, N.229, səh.10
- “Türklük karvanı”, “Türküstan”, 7-13. 03.2010, N.8
- “Ucalığa aparan yollar”, “Ədalət”, 2,3,6.11.2018 səh.14,12,12
- “Dağlar necə yaranmışdır”, “Ədalət” 19.03.2019, N.55, səh.5
- “Dilimizin saflığını qoruyaq”, “Yurd sevgisi”, 15.07.2019, N.40
- “Dəyərli metodik vəsait”, “Ədalət” 19,20.07.2019, N.167,169
- “Təbiətin qəribəlikləri”, “Ədalət”, 24,29.10.2019 N.167,169
- “Söhübdəki sirli qalalar”, “Qobustan” jur., 2017, N.13, səh. 26-27
- “Coğrafi peşələr və onların Spesifik xüsusiyyətləri”, “Tərəqqi”, X. 2010 N.7, səh.6
- “Coğrafiya dərslərində diyarşünaslıq materiallarından istifadə”, “Tərəqqi”, VIII-2012, səh.5
- “Səməd Vurğunun həyat və yaradıcılığında Quba dövrü”, “Ədalət”, N.58, 05.06.2021
- “S.Vurğun yaradıcılığında vətən təbiətinin tərənnümü”, “Ədalət”, N.63, 17.06.2021
- “Şabran gölləri”, “Ədalət”, 17.08.2021, N.71, səh.16
- “Əsl ustalıq, pedaqoji məharət”, “Azərbaycan müəllimi”, 05.11.2021, N.42, səh.13
- “Vətənə, xalqa sədaqətin ifadəsi”, Q.İdrisovun “Zəfər çələngi” (Bakı, “Müəllim” nəşsiyyatı, 2021) kitabına rəy.
- “Nizami Gəncəvinin əsərlərində coğrafi ideyalar”, “Ədalət” 13.11.2021. № 98 və sair
Kitabları:
“Qubanın təbiət abidələri”, Bakı, “Təbib” nəşriyyatı, 1993, 84 s.
“Coğrafiyadan testlər”, Dərs vəsaiti, Bakı-1993, 76 s.
“Quba şəhidləri”, Bakı, “Azərbaycan” nəşsiyyatı, 1996 254 s.
“Qəçrəş”, Bakı, “Müəllim” nəşsiyyatı, 2015, 196 s.
“Nur yolu”, Bakı, “Müəllim” nəşsiyyatı, 368 s.
“VI-VIII siniflərdə coğrafiya fənni üzrə testlə qiymətləndirmə nümunələri”, Bakı, “Müəllim” nəşriyyatı, 2019, 112 səh.
“44 günlük tarixi möcüzə”, Bakı, “Müəllim” nəşsiyyatı, 2021, 186 s. və sair.
Mükafat və təltifləri:
1986-cı ildə III dərəcəli Əmək şöhrəti ordeni
1984-cü ildə “Baş müəllim” adı
2012-ci ildə “Azərbaycan Respublikasının təhsil əlaçısı” adı
1982-ci ildə “Ali kateqoriyalı müəllim” adı
2002-ci ildə “Araz” mükafatı
2010-cu ildə “Qızıl qələm” mükafatı
I – 2021-ci ildə – ADPU Quba filialının sertifikatı
03.11.2021-ci ildə Fəxri fərman (YAP Quba rayon təşkilatı)
05.11.2021-ci ildə Fəxri fərman (Xaçmaz Regional Mədəniyyət İdarəsi)
04.10.2021-ci ildə Fəxri fərman (TİAHİ Quba RK)
16.11.2021-ci ildə Fəxri fərman(ADPU-nun Quba filialının direktoru)
2001-ci ildən Yeni Azərbaycan Partiyasının,
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvidir.
Ailəlidir, 3 oğlu, 3 qızı var.