Şeydayeva Aysel Balasultan qızı 15 may 1986-cı ildə Quba rayonunun Çartəpə kəndində anadan olub.
Təhsili:
1993-2002-ci illərdə Quba Rayonu Çartəpə kənd əsas məktəbində, 2002-2004-cü illərdə Quba rayonu Əlibəyqışlaq kənd tam orta məktəbində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (keçmiş AMİ Quba filialı) “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında bakalavr təhsili alıb, universiteti Fərqlənmə diplomu ilə bitirib.
2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş AMİ) “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə magistr təhsili alıb.
2011-2016 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı olub.
Əmək fəaliyyəti:
2010-cu ildən filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi.
2011-ci ildə filialda metodist və 2012-ci ildən ADPU-nun Quba filialında Sosial və humanitar məsələlər üzrə direktor müavini vəzifəsində çalışır.
Elmi fəaliyyəti:
2011-ci ildə ADPU-da Təlim tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə doktaranturaya daxil olmuşdur, müdafiə ərəfəsindədir.
Yerli və beynəlxalq elmi jurnallarda çap olunmuş 31 elmi məqalə (4-ü xaricdə olmaqla), 18 publisistik məqalənin və tezisin müəllifidir.
İctimai fəaliyyəti.
- “Müəllim hazırlığının müasir problemləri:təhsildə elmi və texnoloji innovasiyalar” II Beynəlxalq Elmi konfransın materialları, Bakı.26-28 noyabr 2012.
- I İnternational Symposium on Global Education held on April 20-21 2018 at Khazar University, Baku
- İnternational Conference on Sustainable Development and Actual Problems of Humanitarian Sciences.Baku. May 14-15 2018.
- Granted for participation as a speaker at 3rd İnternational youth Forum of cultural Hertage and Tourism 1-2 february 2018 Baku
- Winter Science Fair at Baku Engineering University on December 26? 2018
- I Beynəlxalq Quba Sipmoziumu, 13-14 sentyabr Quba 2019
- TARAS SHEVCHENKO 5th INTERNATIONAL CONGRESS ON SOCIAL SCIENCES. Kiev, Ukrain.8-10 may 2020.
- International Conference on Education Administration ICEA april 2021-Participated in International Conference on Education Administration and T-Network communacition and experience platform of educators and supported by Education Institute Azerbaijan Republic
- 3rd International November Head Teacher Education And Innovative Sciences Symposium 24-25 may 2021
- XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq Quba Simpoziumu 10-11 sentyabr 2021
- Euroasia Congress held in Baku 2020
- 2nd İnternational Forum On New Challanges in Education october 1 2021
- International Paris Conference On Social Sciences-V held in Paris- France On February 7-8 2021
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2013-cü ildən YAP Quba Rayon təşkilatı Qadınlar Şurasının sədridir, 7 iyun 2013-cü ildə Bakı şəhəri Buta sarayında keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında, 14 iyun 2013-cü ildə Bakı şəhəri Respublika sarayında keçirilən Respublika Qadınlarının IV qurultayında, 8 fevral 2018-ci ildə Bakı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında, 29 may 2018-ci ildə Bakı Konqres Mərkəzində keçirilən Respublika Qadınlarının V qurultayında iştirakçı olub. 24 may 2014-cü ildə Bakı şəhəri Hilton otelində keçirilən YAP Qadınlar Şurasının Ümumrespublika konfransında məruzəçi olub. 2018-ci ildən RİİB-in İnkluziv təhsil üzrə təlimçisidir.2013-cü ildən DİM keçirdiyi imtahanlarda İmtahan rəhbəri kimi iştirak edir.
Ailəlidir, 1oğlu, 1 qızı var.