Sadıqov Ələddin Nemət oğlu

Ana səhifə » Sadıqov Ələddin Nemət oğlu

Sadıqov Ələddin Nemət oğlu 25oktyabr 1956-ci ildə Dəvəçi rayonunda (Əmirxanlı kəndi) anadan  olub.

Təhsili:

1973-cü ildə Şabran şəhər T.Abbasov adına tam orta məktəbini bitirmişdir.

1978-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Meyvə-tərəvəz və üzünçülük” fakültəsini bitirmişdir.

1981-ci ildə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun aspiranturasına qəbul olunmuşdur.

1986-cı ildə aspiranturanı müvəfəqiyyətlə başa çatdırıb Gürcüstan Elmi-Tədqiqat Bağçılıq Üzümçülük, Şərabçılıq və Subtropik Bitkilər İnstitunda namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsinə layiq bilinir.

1991-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən (Moskva) “dossent” diplomu verilir.

2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti:

1978-ci ilin iyun ayında Dəvəçi rayonunun Rəhimli sovxozunda baş aqronom;

1979-cu ilin avqust ayından isə Dəvəçi rayon Kənd Təsərrüfat İdarəsində baş aqronom;

1980-ci ildə Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunda elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi;

1992-ci ildən hal-hazıra qədər Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunun “Meyvə Bitkilərinin Seleksiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.

2018-ci ildən başlayaraq Azərbaycan Dövlət Pedoqoji universitetinin “Təbiət fənləri və onun tədrisi metodikası  kafedrasında”  0,5 aklad müəllim işləyir.

Elmi fəaliyyəti:

2005, 2010, 2011-ci illərdə onun rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasiyası müdafiə edərək elmlər doktoru adına layiq görülmüşlər;

2018-ci ildən başlayaraq 4 nəfər doktorantın elmi rəhbəridir;

1982-ci ildən başlayaraq seleksiya yolu ilə 27 alma sortu yaratmış, 4 sortu isə rayonlaşmışdır;

Hal-hazırda onun əldə etdiyi sortlar fermer təsərrüfatlarında tətbiq edilməkdədir;

2019-cu ildə elmi fəaliyyətinə görə Möhtərəm Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür;

2021-ci ildə isə Kənd Təsərrüfatı Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Yerli və beynəlxalq elmi jurnallarda 130 məqalə və tezis, 5 kitab və 1 monoqrafiyası çap olunmuşdur.

 

Изучения перспективных сортов яблони на пригодность к интенсивной культуре   2015 «Горное селское хозяйство» Махачкала
Показатели качества товарности плодов новых селекционных сортов яблони в уссловиях Куба-Хачмасской зоны 2015 «Аграрный вестник Урала» Екатеринбург
Azərbaycanda alma bitkisinin biomüxtəlifliyi və onların seleksiya proqramında qiymətləndirilməsi  2017 Azərbaycan Aqrar Elmi, Bakı
Azərbaycanda alma bitkisinin biomüxtəlifliyi və onların seleksiya proqramında qiymətləndirilməsi 2018 https://orcid.org/0000-0002-9550-7693

 

Ətraf  mühitin çirklənmə səbələri 2019 Aqrobiznes, Bakı
Economic and Breeding Value of Apple Varieties in Azerbaijan Republiс 2020 doi: 10.11648 / j.ajaf.20200802.12
Quba-Xaçmaz zonasında alma sortlarının dəmgil xəstəliyinə davamlılığı 1989 Zaqafqaziya gənc alimlərin konfransı. Bakı
Alma ballıcasının (psylla mali schm) və onun zərəli təsirinin bitkidə əmələ gələn saprofit göbələklərə qarşı mübarizə tədbirləri 2018  

https://orcid.org/0000-0002-9550-7693

 

 

Azərbaycanda alma bitkisi. Kitab 2015 _
Alma.

Təbiətin möcüzəsi. Kitab

2017 _
Meyvə bağının təsisi. Kitab 2018 _
Meyvə və çay bitkisinin xəstəlik və zərərvericiləri.Kitab 2019 _
Azərbaycanda alma bitkisinin sort tərkibinin təkmilləşdirilməsi.Monoqrafiya  

2019

_

 

Beynəlxalq konfrans və simpoziumlarda iştirakı:

2nd WCS-2014 II International symposium on Wild relatives of subtropical and temperate fruit and nut grops 07-12thApril 2014 BAKU/Azerbaijan BOOK of ABSTRACTS.Bakı

ФГБОУ ВПО Дагестанский Государственный  Аграрный Университет им. М.М.Джамбулатова.

«Проблемы и перспективы устойчивого развития садоводства» Махачкала.

Azərbaycan Respublikası KTN Aqrar Elm Mərkəzinin Gənc alimlər şurasının II Beynəlxalq konfransı. Bakı

Научный инновационный центр международный институт стратических-исследований XVI Международная научно-практическая конференция. Москва

Ekologiya, Təbiət və Cəmiyyət problemləri” II Beyn. Elmi Konfrans. Bakı

Materialy x Mezinaropni Vedeckopraktica Konference “Vedavznik-2013/2014” Praqa

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?