Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova Bakı şəhərində təlimdə iştirak edib

13.01.2024
Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova Bakı şəhərində təlimdə iştirak edib

09.01.2024-11.01.2024-cü il tarixlərində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində ADPU-nun “İnklüziv təhsil” təlim mərkəzində təşkil edilən TOT təlimləri baş tutmuşdur. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında təşkil edilən təlimdə paytaxt və regionlardan 20-ə yaxın təlimçi iştirak edirdi. Təlimin proqramı fərqli əlillik formalarında olan ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq əziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli ekspert, Yenilikçi Öyrənmə Mərkəzinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmışdı.

Təlimin əsas məqsədi paytaxt və regionların orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək olmaq üçün peşəkar təlimçilər hazırlamaq idi. Türkiyədən olan ekspertlər Kayhan Karlı və Barış Sarısoy tərəfindən keçirilən təlimlər zamanı nəzəri biliklər ilə yanaşı, tədris prosesində müəllimlər tərəfindən istifadı olunacaq müxtəlif alətlər və digər resurslar barədə məlumat verildi. Layihə son dərəcədə maraqlı və məhsuldar idi.

Layihənin növbəti mərhələsində Quba şəhərində fəaliyyət göstərən orta məktəb müəllimləri üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?