
May ayının 19-da YAP Quba rayon Təşkilatının təşəbbüsü ilə doğma Şuşamıza səfər təşkil edilib. Səfər iştirakçıları sırasında ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev, filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, Humanitar elmlər kafedrasının müəllimi Vüsalə Kərimova da olub. Səfər çox möhtəşəm xatirələrlə yadda qalıb.
Allah Vətənimizi, xalqımızı və bizlərə bu sevinci yaşadan Ali Baş Komandanımızı qorusun.





