Quba filialının əməkdaşları “Effektiv öyrənmə mühitini necə yaratmaq olar?” adlı beynəlxalq seminarda iştirak edib

ADPU-nun Strateji məsələlər üzrə prorektorluğunun təşkilatçılığı ilə, PLC (Pro Learning Center) və Anadolu Events birgə türkiyəli professor Özgür Bolatın təqdimatında “Effektiv öyrənmə mühitini necə yaratmaq olar?” adlı seminar keçirilib.
Qeyd edək ki, Təhsil eksperti Özgür Bolat Harvard Universitetində Təhsil istiqaməti üzrə magistr, Kembric Universitetində doktorantura təhsili almışdır. Professor Ö. Bolat həmçinin “Hürriyyet” qəzetində təhsilin aktual mövzularına dair köşə yazıları ilə də tanınır. “Beni Ödülle Cezalandırma”, “ Sorularlar büyüyoruz” kitablarının müəllifidir.
Seminarda filialın əməkdaşları: Aysel Şeydayeva, Pərvanə Rzayeva, Sərxan Ağası, Sərxan Cəfərov, Sevinc Səfərova da iştirak edib.
Seminarda təhsil işçiləri – məktəb direktorları, direktor müavinləri, müəllimlər, bağça müdirləri, tərbiyəçilər, pedaqoji kadr hazırlığı ilə məşğul olan şəxslər, tələbələr də iştirak ediblər. 3 saat davam edən seminar müddətində iştirakçılara effektiv öyrənmə haqqında, təlim mühitinin optimallaşdırılması, öyrənənlərin marağının artırılması istiqamətində məlumatlar verilib, diskussiyalar aparılıb.Seminarda iştirakçılara professor Özgür Bolatın imzası ilə SERTİFİKAT verilib.
Seminar 7 oktyabr 2022-ci il tarixində Badamdar Estates Otel (Pullman Otel) baş tutub.