Quba filialında tarixdən tədqiqata yönələn konfrans təşkil edilib

29.05.2024
Quba filialında tarixdən tədqiqata yönələn konfrans təşkil edilib

27 may 2024-cü il tarixində ADPU-nun Quba filialının Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş “Yaşıl dünya naminə həmrəylik Azərbaycan reallığında: Təbiətimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən filialın direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev bildirib ki, “Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir və ilk respublikada olan prinsiplər əsasında fəaliyyət göstərir. Təbii ki, tarixi faktları və prinsipləri tədqiqata çevirmək, dövlətçiliyə xidmət edəcək elmi məqalələr yazmaq biz ziyalıların ən ümdə vəzifəsidir ki, bugünki konfransın da ali məqsədi buna xidmət edir”.

Konfransda Quba RİH-nin məsul əməkdaşı Arif Nəbiyev də öz çıxışında Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi haqqında geniş məlumat verib.

Konfransa GATŞ sədri E.Əhmədov, gənc tədqiqatçılar K.Bayramova, P.Rzayeva, N.Bayramova, Y.Abayev, r.f.d. E.Axundova, G.Ramazanova məqalə ilə töhfə verib, sonda filial rəhbərliyi tərəfindən Sertifikata layiq görülüblər.

Konfransda həmçinin qabaqcıl müəllimlər R.Sədullayev, E.Orucova, tələbə G.İskəndərov çıxış edib.

Sonda konfransın Bəyannaməsi qəbul edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?