Quba filialında sonuncu tədris ili tələbələri üçün təlimlərə start verilib

Quba filialında sonuncu tədris ili tələbələri üçün təlimlərə start verilib

14,15,18 dekabr 2023-cü il tarixlərində GİKM-in (Gənclərin inkişafı və karyera mərkəzi) Quba –Xaçmaz regional nümayəndəliyinin əməkdaşlığı ilə filialda “İbtidai sinif müəllimliyi” ixtisasının sonuncu tədris ili tələbələri üçün təlimlər Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev və GİKM əməkdaşı Eyvaz Xeyrullayev tərəfindən keçirilib.

Qeyd edək ki, təlimin ilk gününün proqramında karyera planlaması və özünütanıma, imkan araşdırılması(əmək bazarı), əmək bazarına uyğun məqsədlərin təyin olunması, məqsədlərə uyğun fəaliyyət planlaması(action plan), mütəmadi qiymətləndirmə(seçdiyimiz yol bizə nə qədər uyğundur) mövzularına müraciət edilib.Təlimlər qarşılıqlı əməkdaşlıq şəraitində keçib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?