Quba filialında “İdmanın ürəyi Qubada döyünür” adlı Spartakiada yekunlaşıb

13.05.2024
Quba filialında “İdmanın ürəyi Qubada döyünür” adlı Spartakiada yekunlaşıb

ADPU Quba filialının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən tələbələrin Quba İdman Paytaxtı adı altında “İdmanın ürəyi Qubada döyünür” adlı Spartakiadanın qaliblərinin mükafatlandırma amərasimi keçirilib

Mükafatlandırma mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dos.Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, gənclər, tələbələr iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Filialın direktoru dosent Y.Alıyev “Gənclərlə iş sahəsində görülən tədbirlər onların inkişafına təkan verir, daim dəyişən cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Respublikanın bütün bölgələrində olduğu kimi Qubada da gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Təsadüfi deyildir ki, bu istiqamətdə əməkdaşlıq şəraitində işlər ADPU-nun Quba filialında da yüksələn xətlə inkişaf edir, tələbə-gənclərin asudə vaxtalarının səmərəli təşkili üçün şərait yaradılır. Çünki idman oyunlarının keçirilməsi gənclər üçün olduqca əhəmiyyətlidir. Onlar idman yarışlarında uğur qazanmaqla yanaşı həm də komanda fəaliyyəti ilə tanış olur, universitet həyatında gənclər olaraq çoxlu xatirələr toplamış olurlar.” deyə bu spartakiadanın keçirilməsində göstərdikləri dəstəyə görə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzova, idarənin məsul əməkdaşlarına, həmçinin Filialın Riyaziyyat və təbiət elmləri kafedrasının müdiri v.m.i.e. N.Süleymanova, Tələbə, məzun və karyera şöbəsinin müdiri H.Musayevə də təşəkkür edib.

Qeyd edək ki, spartakiadada futbol, voleybol, yüngül atletika oyunları, stolüstü tennis və digər idman oyunlarında filialın tələbələrindən ibarət komandalar yarışıb. Spartakiadanın əsas məqsəd və vəzifələri: bədən tərbiyəsi və idmanın tələbələr arasında kütləvi inkişafına köməklik göstərmək; tələbələrin fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə daim məşğul olmalarına zəmin yaratmaq; tələbələrin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artmasına nail olmaq; tələləbərin antinarkotik dünyagörüşünün formalaşmasına bədən tərbiyəsi və idman vasitəsi ilə nail olmaq hesab edilib.

Qalib komandalara kubok, medallar və Filialın direktorunun təşəbbüsü ilə Fəxri fərmanlar təqdim edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?