“Qalibiyyət nəğmələri” adlı şeir müsabiqəsinin final turu keçirilib

ADPU-nun Quba filialında 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə şeir müsabiqəsinin final turu keçirilib.
Müsabiqənin yekun mərhələsində əvvəlcə moderator Cəvahir Qocayeva Bayraq Günü haqqında məlumat verib, müsabiqənin şərtlərini bir daha nəzərə çatdırıb. Müsabiqədə 5 tələbənin şeirlərinə həsr edilmiş videoları nümayiş olunub.
Müsabiqədə Səma Asəfova I yerə, Ayaz Tahirov II yerə, Nəzrin Gülməmmədova III yerə layiq görülüb. Onu da qeyd edək ki, Ayaz Tahirov Vətən müharibəsi iştirakçısıdır, yazdığı şeirdə isə müharibədə olduğu 44 gün müddətində hiss etdiklərini “Can Vətənim” adlı şeiri ilə qələmə almışdır.
Müsabiqədə Jalə Mehdiyeva, Rəmziyyə Abdürrəhmanova, Dəniz Abdullayeva, Nəzrin Gülməmmədova, Nurtac Eldarova da yazdıqları və özləri səsləndirdikləri şeirlərlə münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriliblər
Tədbirdə həmçinin filialın direktoru dosent Y.İ.Alıyev, filialın baş müəllimləri Eyvaz Şeydayev, Zəminə Qayıbxanova və digərləri də çıxış edib, tələbələrə uğurlar arzu ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir