Qəhrəmanov Çingiz Qulu oğlu

Ana səhifə » Qəhrəmanov Çingiz Qulu oğlu

Qəhrəmanov Çingiz Qulu oğlu 11 aprel 1968-ci ildə Xaçmaz  rayonu İnqilab kəndində anadan olub.

Təhsili:

1986-cı ildə Quba rayonu Xınalıq kənd orta məktəbini bitirmişdir.

1994-cü ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi institutunu bitirmiş,bədən tərbiyəsi müəllimi-məşqçi ixtisası verilmişdir.

Əmək fəaliyyəti

1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

1989-1990-cı illər Quba rayonunun  Yerfi kəndində fəhlə işləmişdir.

1994-cü ildən Quba şəhər 6 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

2000-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında ixtisası üzrə müəllim işləmişdir.

2006-2016-cı illərdə Quba Dövlət Sosial İqtisadi kollecində ixtisası üzrə müəllim işləmişdir.

2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ixtisası üzrə müəllim işləyir.

Mükafat və təltiflər

2021-ci ildə  ATİAHİ-nin 100 illiyi ilə əlaqədar Həmkalar İttifaqı Hərəkatında xidmətlərə görə “Yubiley döş nişanı” ilə təltif olunmuşdur.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir,3 oğlu ,1 qızı var.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?

ADPU QUBA


This will close in 20 seconds