Pedaqoji təcrübələrin təşkili qaydalarına həsr olunan tədbir keçirilib

Pedaqoji təcrübələrin təşkili qaydalarına həsr olunan tədbir keçirilib

Bu gün ADPU Quba filialında pedaqoji təcrübələrin təşkilinə həsr olunan görüş keçirilib. Saat 15:00-da Microsoft Teams platforması üzərindən baş tutan görüşdə filialın direktoru Yusif Alıyev, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, filialın digər müəllim kollektivi və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə başladan direktor Yusif Alıyev pandemiya şəraiti ilə əlaqədar pedaqoji təcrübənin yeni formatda aparılacağını vurğulayıb. Bildirib ki, uzun müzakirələrdən sonra Pedaqoji Univversitetin təqdim etdiyi 11 moduldan 5-ci daha uyğun hesab edilib. Bununla yanaşı, pedaqoji təcrübə prosesinin canlı şəkildə izlənilməsi üzərində də düşünüləcək. Həmçinin vurğulayıb ki, pedaqoji təcrübə üçün tələb olunan sənədlər, icmallar və s. 50% aşağı salınıb. Əsas müzakirə isə təhsildə sosial psixoloji xidmət və məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə təhsilalanların pedaqoji təcrübəsi ilə bağlıdır.

Daha sonra Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova prosesin təşkil oluması qaydaları barədə məlumat verib. Bildirib ki, hazırda filialda 6 ixtisas üzrə kadr hazırlığı aparılır və hər biri üçün sonuncu tədris ilində 14 həftəlik pedaqoji təcrübə nəzərdə tutulur: “Ötən il pedaqoji təcrübə cəmi 2 həftə ənənəvi qaydada keçirilib. Bu dəfə isə tamamilə onlayn qaydada təşkil ediləcək. Artıq komandalar yaradılır. Əsasnaməyə görə, müxtəlif ixisaslar üzrə sınaq dərsləri vacib şərtdir. Sınaq dərslərin sayı isə 50% azaldılıb. Hər qrupda maksimum 12 nəfər olmaqla bölünüb. Tələbələr şərti olaraq siniflərə təhkim edilib. Onlar təhkim olunduqları siniflərin metodik vəsaitlərini əldə etməli, dərslərin cədvəlini hazırlamalıdırlar. 6 sınaq dərsi nəzərdə tutulmaqla bu cədvəlləri metodistlərə göndərilməlidir. Pedaqoji təcrübə bitdikdə tələbə sənədləri filiala təqdim etməlidir. Təcrübə bunlar əsasında qiymətləndirilir. Hazırda isə sənədlərin həcmi azaldılıb”.

Daha sonra pedaqoji təcrübə gedişində tələb olunan sənədlər barədə məlumat verilib. Tələbə sorğularının metodistlər tərəfindən maksimum operativ cavablandırılması vurğulanıb.

Görüşdə həmçinin pedaqoji təcrübə gedişində tələbələrin onlayn dərs demək bacarıqlarının inkişaf etdirilməsi qeyd olunub. Gələcəkdə də pedaqoji təcrübə ilə bağlı eyni tərkibdə yenidən görüş təşkil olunacağı, nəticələrin təhlil olunacağı deyilib.

Görüş müəllimlərin irad və təkliflərinin dinlənilməsi ilə davam edib. Tələbələrin sualları cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?