Nübar İsmayıl qızı Bayramova

Ana səhifə » Nübar İsmayıl qızı Bayramova

Nübar İsmayıl qızı Bayramova 5 avqust 1978-ci ildə Quba rayonunun Zizik kəndində ziyalı ailəsində anadan olub.

Təhsili:

1995-cü ildə Quba rayonu Zizik kənd tam orta məktəbini bitirmişdir.

1999-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavraturasını “biologiya müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2008-ci ilə AMİ-nin Quba filialında “Psixologiya” ixtisası üzrə yenidənhazırlanma təhsilini bitirmişdir.

2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutununda magistraturanı “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2017-ci ildən ADPU-nun dissertantıdır.

Əmək fəaliyyəti:

2000 ilin fevralın 1-dən Quba rayonu Zizik kənd orta məktəbində məktəb psixoloqu, biologiya müəllimi kimi fəaliyyətə başlamışdır;

2008-2009-cu illərdə ADPU-nun Quba filialında (Keçmiş AMİ Quba) metodist, 2009-2015-ci illərdə ADPU-nun Quba filialında (Keçmiş AMİ Quba) “Əlavə təhsil” şöbəsinin müdiri, 2016-cı ildən ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekan müavini vəzifəsində çalışır.

Elmi fəaliyyəti:

2008-ci il “Elektron təhsil resurslarının hazırlanması”, 2011-ci il “Təhsilin əsasları”.  2018-2020-ci illərdə ADPU-nun, Avropa İttifaqı, UNİSEF, Heydər Əliyev fondunun, TİPİİ-nin  birgə təşkilatçılığı ilə təşkil etdiyi “Müəllimlərin inklüziv təhsil üzrə bacarıqlarının artırılması” kimi layihələrin iştirakçısı olmuş, Heydər Əliyev Fondunun RİİB Quba rayonu üzrə koordinatoru işləmişdir. Hal-hazırda Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin təlimçisidir.

2019-2020-ci ildə ADPU-nunn Quba filialında “Pedaqoji və ictimai fənlər” kafedrasındakı müəllimlik failiyyətim nəticələrinə görə Reytinq qiymətləndirməsində 614 balla I yerə layiq görülmüşdür.

Mükafat və təltifləri:

26 iyul 2021-ci ildə “The Best Of National Awards” mükafatı.

Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən Azırbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının elmi tədqiqat işlərində uğurlu təbliği ilə bağlı “ULU ÖNDƏR” Fəxri media mükafatı.

Beynəlxalq konfrans və simpoziumlarda iştirakı:

  1. 9 aprel 2021-ci il Azərbaycan Universiteti, Gənc tədqiqatçıların IV Respublika Elmi konfransı “İnklüziv təhsil, birə tədris müəllimlərin multikultural hazırlığında əsas amil kimi” .
  2. 10 aprel 2021-ci il, İsmayıllı rayonu, Təhsil işçiləri ilə “İnklüziv təhsil- reallıqlar, perspektivlər” adlı konfrans.
  3. 24 aprel 2021-ci il Türkiyənn Qars şəhərində Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “SCİENCE AND EDUCATİON: PRESERVİNG THE PAST, CREATİNQ THE FUTURE” adlı XIII Beynəlxalq elmi konfransda iki “Azərbaycan təhsilində mültikulturalizmin elmi fəlsəfi və publisistik kökləri” və “Təhsildə hec kimi kənarda qoymamaq prinsipi multikultural cəmiyyətin əsas prinsiplərindən biri kimi”.
  4. 24-25 2021-ci il, Qərbi Kaspi Uniersiteti, KİMYA-BİOLOGİYA MÜƏLLİMLƏRİNİN RESPUBLİKA FORUMUNDA çıxış edən 8 spikerdən biri kimi “Təbiət fənlərinin distant tədrisinə psixoloji yanaşmalar”.
  5. 7 May 2021-ci il, Azərbaycan Universiteti, WORKS BY NIZAMI GANJAVI AS A LITERARY AND HISTORICAL SOURCE adlı Beynəlxalq elmi konfransda “Nizami Gəncəvi yaradıcılığında Multikultural ideyalar”.
  6. 6. 7 May 2021-ci il, Azərbaycan Dillər Universiteti, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI adlı IV Beynəlxalq elmi konfransda “Azərbaycan təhsilində multikulturalizmin tarixi hüquqi əsasları”.
  7. 24 May 2021-ci il, ADMİU, Beynəlxalq Konfransda “Məişət zorakılığında uşaq müdafiəsinin təşkili”.
  8. 24-25 May 2021-ci il, ADPU-nun iştirakı ilə Uluslararası ELM VƏ TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR SİMPOZİYUMU-nda “MULTİCULTURALİSM İN AZERBAİJAN ON A LEGAL LEVEL”.
  9. 25 may 2021-ci il tarixində ADPU-nun Quba filialının Tələbə Elmi Cəmiyyətinin ADPU-nun yaradılmasının 100, ADPU-nun Quba filialının 30 illik yubileyinə həsr olunan “REGİON ALİ MƏKTƏBLƏRİNDƏ GƏNCLƏRİN ELMİ TƏDQİQATÇILIQ BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ: REALLIQLAR VƏ PROBLEMLƏR” adlı VIII Elmi Konfransında elmi rəhbəri olmuş 5 tələbədən ikisi I və III yerləri tutaraq diplomlara layiq görülmüşlər.
  10. 26 May 2021-ci il, Ankarada keçirilən Mustafa Kamal ATATÜRKÜN anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyət” adlı XIV Beynəlxalq elmi konfransda “Azərbaycanda mültikulturalizmin tarixi hüquqi sənədlərdə təsdiqi”.
  11. 27 May 2021-ci il, ADPU-nun Quba filialının DGTŞ-nın təşkilatçılığı ilə ADR-n yaradılmasının 103 illiyi münasibətilə 28 May Respublika gününə həsr olunmuş “Şuşa, biz qayıtdıq” adlı eımi konfransda “Multikulturalizm Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təməl sütunudur”.
  12. 12. 26 İyun 2021-ci il İranda keçirilən “Müasir dünyada mədəniyyətlərarası münasibətlər” adlı XV Beynəlxalq elmi simpoziumda “Mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində multikulturalizm universal model kimi”.
  13. 17-19 iyun 2021-ci il, ADPU, “KARABAGH İNTERNATİONAL CONGRESS OF MODERN STUDİES İN SOSİAL AND HUMAN SCİENCES” adlı Beynəlxalq konfransda “Psychological analysis of our victory in the qreat patriotic war”.
  14. 19-20 iyun 2021-ci il Qərbi Kaspi Universiteti, “Psixologiyanın aktual problemləri: yeni perspektivlər, yeni mülahizələr, yeni düşüncələr” adlı Beynəlxalq konfransda “Cəmiyyətin sağlam psixoloji mühitinin təmin edilməsində multikulturalizm dövrün tələbi kimi”.
  15. 26 İyul 2021-ci il, Miçiqan, “Məhəmmədhüseyn Şəhriyarın adadan olmasının 115 illik yubileyinə” həsr olunmuş XVI Beynəlxalq elmi simpoziumda “Tolerantlıq multikulturalizmin təməl sütunu kimi”.
  16. 28 Avqust 2021-ci il, İsveç, “Qarabağ- zəfərə gedən yol” adlı XVII Beynəlxalq elmi simpoziumda “Vətən müharibəsinin multikultural konstektdə psixoloji təhlili”.
  17. 25 Sentyabr 2021-ci il, Qazaxıstanda “Türk dünyasının keçmişi və gələcəyi” adlı XVIII Beynəlxalq elmi simpozium “Türk dünyasının multikultural dəyərlərə sahib dahiləri”.
  18. 19. Ukrayna, “Pedaqogika məsələləri” jurnalında “МУЛЬТИКУЛЬТУРАЛЬНЫЕ ЦЕННОСТИ В ПРОФЕССИОНАЛИЗМЕ И ПЕДАГОГИЧЕСКОЙ КОМПЕТЕНТНОСТИ УЧИТЕЛЯ”.
  19. 30 Oktyabr, 2021-ci il, Qars “Avropa və Asiya minillik qonşuluq” adlı XIX Beynəlxalq elmi simpozium “Multikulturalizm siyasəti mədəni. yyətlərin sağlam dialoqu üçün dövrün tələbidir” .
  20. 26 noyabr 2021-ci il, ADPU-nun Quba filialı “REGİONDA ALİ TƏHSİL, REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq konfransda “Azərbaycanda multikultural dəyərlərin tarixi kökləri
  21. 28 noyabr 2021-ci il, Sank Peterburq “Mədəniyyətlərin dialoqu” adlı XX Beynəlxalq elmi simpozium “Cəmiyyətin müxtəlif mədəniyyətləri qəbul etməsində müəllimin multikultural dəyərlərinin rolu” .

22 aprel 2021-ci ildə  – “Uğura gedən yolda ən vacib məqamlardan biri sağlam çevrənizin olmasıdır”, 5 avqust 2021-ci ildə “Cəmiyyətin yaratdığı uzunömürlü sterotiplər qadınları zorakı həyat yaşamağa məcbur edir”

03.06.2021-ci il tarixində Ziya informasiya mərkəzinə  “Heydər Əliyevin azərbaycançılıq ideologiyası”

ELM VƏ TƏHSİL qəzetinin 2021-ci il iyun ayındakı buraxılışında “Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın təməl sütunudur” adlı publisistik məqalələr.

“CANIM AZƏRBAYCANIM” adlı Ədəbi məcmuə adlı №: 05 (2021) saylı kitabına “Heydər Əliyevin azərbaycançılıq ideologiyası

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 oğlu, 1 qızı var.

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?