İndoneziya hökuməti 2021-2022-ci tədris ili üzrə KNB (Kemitraan Negara Berkembang /İnkişaf etməkdə olan Ölkələr Tərəfdaşlığı) təqaüd proqramını elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə humanitar, sosial elmlər, mühəndislik, təbiət və təhsil elmlərini əhatə edir.
Təqaüd proqramına müraciət üçün son tarix 5 may 2021-ci il nəzərdə tutulub.
Təhsil haqqı, sığorta, gediş-gəliş xərcləri proqram tərəfindən qarşılanır, təhsilalan aylıq təqaüdlə təmin olunur.
Tələb olunan sənədlər və digər məlumatlarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.