Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq ADPU-nun Quba filialının və GİKM-in Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Yarışda 5 komanda olmaqla 30 nəfər mübarizə aparıb. Qeyd edək ki, komandaların tərkibində Filialın direktoru f.e.d. Yusif Alıyev, müəllimlər, əməkdaşlar və tələbələr yarışıb.
Sualları GİKM-in Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova səsləndirib.
Finalda “Zəfər”, “Qarabağ”, “K4”, “Sirius”, “Fətəlixan” komandaları yarışıb və “K4” komandası qalib gəlib.
“K4” komandasının tərkibində filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi p.f.d Təhminə Əliyeva və tələbələrdən adları aşağıda qeyd olunan gənclər yarışıb:
Əliyeva Təhminə Yasin
Ədilov Məmmədşah Vidadi
Qayıbov Sahil Yaver
Səmədova Aytel Məhəmməd
Tağıyeva Qızılgül Alik
Seyidmemmedov Hafiz Nemət
Qalib komandanın üzvlərinə Diplomlar təqdim edilib.