Müzəffərova Səlimə Kamal qızı 22 oktyabr 1954-cü ildə Quba rayonu Gültəpə kəndində anadan olub.
Təhsili:
1961- 1970-ci illərdə Quba rayonu Gültəpə kənd 8-illik məktəbini,1970-1972-ci illərdə Quba rayonu Tüləkəran kənd orta məktəbini bitirmişdir .
1973- cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1977-ci ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirmişdir
Əmək fəaliyyəti:
1977 – ci ildə təyinatla Quba rayon Gültəpə kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır.
1984-cü ilə qədər həmin məktəbdə işləmiş,1984-cü ilin sentyabr ayından 1990-cı ilə qədər Quba şəhər İnternat məktəbində tərbiyəçi-müəllim işləmişdir.
1991- 2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında tədris ustası,baş laborant (ictimai əsaslarla dekan müavini və dekan) işləmişdir.
2001-ci ildən 2009-cu ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında baş laborant, saathesabı riyaziyyat müəllimi,kabinet müdirı, ixtisasartırma təhsili üzrə metodist ışləmişdir.
2009-cu ildən 2020- ci ilin sentyabr ayına qədər Pedaqoji təcrübə rəhbəri işləmiş,2020-ci ilin sentyabr ayından ADPU-nun Quba filialında 1 ştat riyaziyyat müəllimi işləyir.
Ailəlidir , 1 oğlu, 2 qızı var