Müzəffər Azərbaycan Orusunun böyük qələbəsi münasibətilə ADPU-nun Quba filialı əməkdaşları ilə geniş tərkibli “Qələbə” tədbiri keçirilib

25 noyabr 2020-ci il tarixdə saat 10:00-da ZOOM platforması üzərindən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə qələbə münasibətilə və son günlər artan koronavirus yoluxmasına qarşı filialın professor-müəllim, inzibati heyəti ilə geniş tərkibdə görüş keçirilib.Tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Daha sonra tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev Vətənin azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edib.
Bildirib ki, Azərbaycan xalqı 44 günlük Böyük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi sərkərdəliyi və müzəffər Azərbaycan ordusunun uğurlu əks-hücm əməliyyatı sayəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizi işğaldan azad etdi. Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan xalqına bəxş edilən Zəfər sevinci, Böyük Qələbə ovqatı hər birimiz üçün iftixar və qurur mənbəyinə çevrilmişdir.
Daha sonra direktor çıxışında hazırda dünyanı cənginə alan Covid 19 virusunun Quba rayonunda da hər birimizi qoyduğu təhlükə səviyyəsinin artmasından narahat olduğunu diqqətə çatdırıb, bildirib ki, hər birimiz xüsusi diqqətli olmalıyıq, qayda qanunlara ciddi riayət etməliyik.Bu səbəbdən də filialda Pandemiya ilə mübarizə üçün Qərargah yaradılmış və filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi fizika üzrə fəlsəfə doktoru Nurbala Süleymanov da ora sədr  təyin edilmişdir.

Daha sonra tədbirdə filialın direktor müavinləri tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Aysel Şeydayeva, Pedaqoji fakültənin dekanı Qələmşah İdrisov, Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi fizika üzrə fəlsəfə doktoru Nurbala Süleymanov, baş müəllimlər Rahib Alpanlı, riyaziyyat üzrə fəlsəfə doktoru Əmirağa Şıxəmmədov,  filialın əməkdaşları Nəhayət Şirinova, Xəyalə Ələkbərova çıxış edərək tədbirin əhəmiyyətindən, yaşadığımız tarixi dövrün dəyərindən və qələbə sevincimizdən ətraflı bəhs ediblər.Sonda İKT şöbəsinin baş mütəxəssisi Hikmət Musayevin hazırladığı video çarxlar nümayiş edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir