Günəş Musaxan qızı Xudayarova

Ana səhifə » Günəş Musaxan qızı Xudayarova

Günəş Musaxan qızı Xudayarova 20 yanvar 1992-ci ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub.

Təhsili:

2009-cu ildə Sumqayıtda yerləşən Laçın rayon Vüqar Niftəliyev adına İmanlar kənd tam orta məktəbini bitirmişdir.

2014-cü ildə Azərbaycan Müəllimlər İnstututunun Quba filialının  bakalavraturasının  “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını bitirmişdir.

2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasını “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisasını bitirmişdir.

2018-ci ildən Bakı Avrasiya Universitetində  “Azərbaycan ədəbiyyatı tarixi” ixtisasında doktorantura  üzrə təhsil alır.

Əmək fəaliyyəti:

2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Pedaqoji fakültəsinin Ədəbiyyat və dillər kafedrasının müəllimi  vəzifəsində çalışır.

Elmi fəaliyyəti:

2018-ci ildən Bakı Avrasiya Universitetində  “filologiya” üzrə fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbul olmuşdur.

Yerli və beynəlxalq elmi jurnallarda çap olunmuş 3  elmi məqalənin müəllifidir. Bir məqalə  isə “Sivilizasiya” jurnalında çapda

Filologiya məsələləri. ISSN 2224-9257. № 10 2020

Filologiya məsələləri. ISSN 2224- 9257. №5 2021

Colloquim-journal.  ISSN 2520-6990.  № 21(108) 2021

http://www.colloquium-journal.org/21108-2

İctimai fəaliyyəti.

  1. Uluslararası Azərbaycan- Türkiyə Dil və Kültür İlişkiləri Simpoziumu- 22-24 noyabr 2018. BAAU
  2. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Mədəniyyətlərarası Dialoqda Bədii Ədəbiyyatın Rolu. Beynəlxalq Elmi Konfrans. Dekabr 2018. Bakı Azərbaycan.SDU
  3. Azərbaycanşünaslığın Aktual Problemləri. X Beynəlxalq Elmi Konfrans, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuşdur.Bakı Azərbaycan. 7 may 2019. BSU
  4. Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuşdur.  29-30 aprel 2019. Bakı, Azərbaycan. BMU
  5. Gənc Tədqiqatçıların Elmi Texniki Konfransı. 3-4  may 2019. Bakı, Azərbaycan. AzTU.
  6. VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 13-15 iyun 2019.  Bakı , Azərbaycan. BAAU
  7. VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 20-23 oktyabr 2020. Niğde, Türkiyə
  8. IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransı, 18-21 mart 2021 Qarabağ Azərbaycan. AMEA,  Türkiyə-İKSAD

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?