Multikultural dəyərlər

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev ilə Quba şəhər Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Semanduyev arasında işgüzar görüş baş tutub.
Görüş “ZOOM” platforması üzərindən onlayn şəkildə həyata keçirilib.
Görüşdə Azərbaycanın multikultural dəyərlərindən, Azərbaycan və yəhudi xalqlarının tarixi dostluq əlaqələrinin tarixindən, Qubada tolerantlığın inkişafından, xalqlararsı qardaşlığın və birliyin Azərbaycan mədəniyyətinə, təhsilinə, incəsənətinə və iqtisadiyyatına gətirdiyi töhfələrdən, Azərbaycanın qazandığı zəfər tarixində digər xalqlarla yanaşı, yəhudi xalqının da qəhrəmanlığından, dostluğundan bəhs edilib. Qarşılıqlı əməkdaşlıq şəraitində irəli sürülən maraqlı layihələr müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir