Komandamiz Bakida tələbələrarasi Çempionatda birincilik qazandi

04.04.2022
Komandamiz Bakida tələbələrarasi Çempionatda birincilik qazandi

TƏBRİK EDİR,QÜRUR DUYURUQ!

Aprel ayının 2-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Sabunçu Gənclər Evi və Consensus İntellektual Mərkəzinin dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Sabunçu Gənclər Evində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tələbələr arasında “Qayıdış„ Xəmsə milli intellektual oyunu həyata keçirilib.

ADPU nun Quba filialının  komandası da oyunda iştirak edib və tələbələrarası çempionatda Quba filialının komandası l yerə çıxıb, qalib olub.

Komandanın tərkibində filialın tələbələri Kapitan  Əskərov Elxan, üzvləri Nəcəfov Səyyad, Babayev Ələkbər, Məmmədsalahov Mahir, Seyidməmmədov Hafiz olub.

Oyunda ADPU-nun nəzdində fəaliyyət göstərən kollec və onun bütün filiallarını əhatə edən ümumilikdə 15 komanda iştirak edib.

?I yerin qalibi olan Assassin’s Creed” adlı komandamız kubok, medal və diplom,

?II  yerin sahibi Promath və

?III yerin sahibi Fearless(Şəki) komandaları isə medal və diplomlarla təltif olunublar.

Bir daha komandamızı, fəal TGT- çilərimizi ürəkdən təbrik edir, Uğurlarınız bol olsun əziz gənclər deyirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?