Kərimova Lalə Adil qızı 24 avqust 1964-cü ildə anadan olmuşdur.
Təhsili:
1981-ci ildə Quba şəhər 4 N-li tam orta məktəbini bitirmişdir.
1987-ci ildə Quba Sovxoz texnikumunun meyvə tərəvəzçi aqronomu ixtisasını bitirmişdir.
2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını fərqlənmə ilə bitirmişdir.
2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda “İbtidai təhsilin pedaqigikası və metodikası” ixtisası üzrə magistr dərəcəsi almışdır.
2007/2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun disertanturasında təhsil almışdır.
Əmək fəaliyyəti:
1981/1995-ci il Quba Konserv zavodunda böyük mühasib
1995-ci ildən Quba şəhər 6N-li tam orta məktəbdə əmək müəlliməsi, 2004-cü ildən ibtidai sinif müəlliməsi
2004-cu ildən AMİ Quba filialının baş laborantı, 2005-ci ildən baş metodisti işləmişdir
2006-cı ildən AMİ Quba filialının Pedaqoji və İctimai fənlər kafedrasının 0,5 baş müəllimi işləyir.
Elmi fəaliyyəti:
2015-ci ildə Azərbaycan Pedaqoji Üniversitetində“Əyanilik kiçik yaşlı məktəblilərdə təlimə marağı artıran prinsip kimi” mövzusunda disertasiya işi müdafiə edərək 2016-cı ildə Azərbaycan Respublikası yanında Ali Komissiyasının qərarı ilə pedaqigika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 7 elmi məqalə və tezisin müəllifidir.
2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 oğlu, 1 qızı var.