Martın 5-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə mərhum ədəbiyyatşünas və folklorşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinə həsr olunan “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Tədbirdə Kamran Əliyevin ədəbiyyatşünas, tənqidçi, folklorşünas, yazıçı fəaliyyətinin tədqiqi mövzularında, həmçinin böyük alimlə bağlı xatirələri əks etdirən məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrini 1 fevral 2021-ci il tarixinədək kamran.aliyev.konfrans@mail.ru elektron poçt ünvanına göndərməlidirlər.
Məruzələrin yazı qaydası:
– Özətlər 150-200 sözdən ibarət olmalıdır;
– Yazı: Microsoft Office Word, kağız A4;
– Səhifə qaydası: üst 2,5, alt 2,5, sağ 2,5, sol 2,5;
– Yazı puntu: başlıq 12 şrift ölçüdə, yağlı, məruzə 12 şrift ölçüdə, interval 1,5.
İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər verilməlidir. Ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
Məqalələrin kitab halında nəşri planlaşdırılır. Konfrans haqqında geniş məlumatı Folklor İnstitutunun rəsmi veb-saytından (www.folklor.az) əldə etmək olar.