Kərimov Qabil Zülfüqar oğlu 14 aprel 1974-cü ildə Xaçmaz rayonu Qımıl-qışlaq kəndində anadan olub.
Təhsili:
1991-ci ildə Xaçmaz şəhər 3№-li tam orta məktəbini bitirmişdir.
1992-ci ildə ADPU-nin “Pedaqogika və psixologiya” fakultəsinə qəbul olmuşdur.
1997-ci ildə həmin fakultəni bitirərək “Pedaqogika və psixologiya müəllimi,təşkilatçı- metodist” ixtisasına yiyələnib.
2001-ci il 02-29 yanvar AMİ-də rəhbər təhsil işçilərinin ixtisasartırma fakultəsində praktik psixoloqlar kursunu bitirib.
2007-ci il 5-9 fevral AMİ və onun filiallarının əməkdaşları üçün təşkil edilmiş “Həyati bacarıqlara əsaslanan təhsil” seminarını bitirib.
2007-ci il 8-9 iyun Qızıl Xaç Beynəlxalq təşkilatının “Humanizm prinsiplərin Beynəlxalq humanitar hüquq və muasir təlim metodları əsasında tədrisi” kursunu bitirib.
2009-cu il 19-21 may AMİ Quba fılıalında “Fəal təlim və kurikulum” seminarını bitirib.
2011-ci il TN və “Mədəd” Təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi təlim kursunu bitirib.
2012-ci il AMİ, Psixologiya müəllimləri üçün təşkil edilmiş “Öyrədənlərin oyrədilməsi” proqramı üzrə 3 mərhələli təlim kursunu bitirib və Öyrədən statusu verilib.
2013-ci il Tarix fənn kurikulumunun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” kursunu bitirib və Təlimçi statusu almışdır.
2017-ci il 20 oktyabr-02 dekabr Loqos psixoloji və nitq inkişafı mərkəzinin təşkil etdyi Uşaq psixologiyası kursunu bitirib.
2018-ci il 09 yanvar- 09 fevral Loqos psixoloji və nitq inkişafı mərkəzinin təşkil etdiyi Uşaq psixologiyası kursunu bitirib.
2019-ci il 6 aprel- “Uşaqlarda davranış pozuntularının korreksiyası və Art-terapiya” təlimi.
2019-ci il 12-19 aprel -Avropa İttifaqı,UNİSEF və “Regional inkişaf” ictimai birliyi “İnkluziv təhsil” üzrə təlim.
Əmək fəaliyyəti:
2003-2008-ci illərdə AMİ Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında pedaqogika və psixologiya müəllimi.
2008-2009-cu illərdə AMİ Quba filalında Pedaqoji və ictimai fənlər kafedrasında baş müəllim.
2013-2018-cı illərdə ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında saathesabı müəllim.
2018-2019-ci illərdə ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında 0,5 ştat müəllim.
2020-ci ildən ADPU Quba filialında Pedaqoji və ictimai fənlər kafedrasında 1 ştat müəllim.
Elmi fəaliyyəti:
Psixopedaqogika-Təlim prosesində pedaqoji-psixoloji korreksiya işinin xüsusiyyətləri.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 qızı var.