İsmayılova Əminə Fətəli qızı 02 yanvar 1954-cü ildə Dəvəçi rayonun Uzunboyad kəndində anadan olub.
Təhsili:
1970-ci ildə Dəvəçi rayonunun Gəndov kənd tam orta məktəbini bitirmişdir. 1971-ci ildə Qırmızı Əmək Bayraqlı Ordenli V.İ.Lenin adına APİ-nin riyaziyyat fakultəsinə daxil olmuş, 1975-ci ildə həmin fakultəni bitirmişdir. Oxuduğu müddətdə ehtiyyat da olan tibb bacısı, sonralar isə kurs keçərək “tibb bacısı” ixtisasını almışdır.
Əmək fəaliyyəti:
1975-1978-ci illərdə Dəvəçi rayonun Gəndov kəndində müəllim, 1979-1983-cü illərdə Xacmaz rayonu Müzəffəroba kəndində müəllim işləyir.
1983-2019-cu illərdə Şabran rayon Gəndov kənd orta məktəbdə müəllim işləyir. İşlədiyi müddətdə məktəb komsomol təşkilatının katibi, Şabran rayon Gəndov kənd tam orta məktəbdə təşkil edilən 6 №-li dayaq məntəqəsinin metodbirləşmə rəhbəri, Xaçmaz Region TV-də keçirilən bilik yarışmalarının münsiflər heyyətinin üzvi olmuşdur. Dərslər üzrə keçirilən müzakirələrdə iştirak etmişdir. Fəaliyyətinə görə maarif şöbəsi və Şabran Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə təltif edilmişdir.
2019-cu ildən Azərbaycan Dövlət Pedogoji Universitetinin Quba filialının Təbiət fəndləri və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində çalışır.
[learn_press_profile]