İdrisov Qələmşah Seyidəhməd oğlu

Ana səhifə » İdrisov Qələmşah Seyidəhməd oğlu

İdrisov Qələmşah Seyidəhməd oğlu 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub.

Təhsili:

1981-ci illərdə Xaçmaz rayonu Alekseyevka kənd orta məktəbində təhsil almışdır.

1989-ci ildə ADPU-nun ( Keçmiş V.İ.Lenin adına APİ) Bədii qrafika fakültəsini bitirmişdir.

2002-2005-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasında təhsil alıb.

Əmək fəaliyyəti:

1982-1985-ci illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1989-cu ildən  Xaçmaz rayonu Qıraqlı kənd orta  məktəbində müəllim.

1992-1993-cü tədris ilindən Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  Quba filialında müəllim.

2000-ci ildən isə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında müəllim, metodist, kafedra müdiri, direktor müavini kimi çalışmışdır.

2014-cü ildən AMİ Quba filialında Pedaqoji fakültənin dekanı.

2015-ci ildən ADPU Quba filialında Pedaqoji fakültənin dekanı kimi hal-hazıra qədər fəaliyyət göstərir.

Elmi fəaliyyəti:

2007-ci ildə Bakı Dövlət Universitetinin Filologiya üzrə  Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Yerli elmi jurnallarda  çap olunan 10 elmi məqalənin  və ayrı-ayrı tədqiqat sahələrini əks etdirən  50-dən çox elmi-publisistik məqalələrin müəllifidir.

 Kitabları:

  1. Ürəyimi açıram. (şerlər) Bakı “Nurlan”nəşriyyatı, 2006,156 səh.
  2. Qırağlı toponimi və qrağlılar. Bakı. “Nurlan”nəşriyyatı, 2008,112 səh.
  3. Azərbaycan dilində təsviri sənət terminləri. Bakı. “Müəllim”nəşriyyatı. 2010, 220 səh.
  4. Xaçmaz toponimləri. Bakı. “Şərq-Qərb”nəşriyyatı. 2011, 138 səh.
  5. Yurd sevgisi. (şerlər). Bakı.“Müəllim”nəşriyyatı, 2013, 166 səh.
  6. Professor Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi. Bakı.“Şərq-Qərb”nəşriyyat evi. 2014. 135 səh.
  7. ( dərs vəsaiti). Bakı. “Müəllim”nəşriyyatı, 2019. 388 səh.
  8. Zəfər çələngi. (şerlər) . Bakı.“Müəllim”nəşriyyatı,2021. 96 səh.

Mükafat və təltifləri:

  1. 1985-ci ildə “Baykal -Amur Maqistralı tikintisində fəal iştirakına görə” RSFSR Ali Soveti tərəfindən medal.
  2. 2011-ci ildə “Qızıl Qələm” mükafatı.
  3. 2013-cü ildə “Araz” ali ədəbi mükafatı.
  4. 2021-ci ildə “Səməd Vurğun” adına mükafat.

1998-ci ildən  Yeni Azərbaycan Partiyasının üzvü

2015-ci ildən “Gülüstan” Elmi-ədəbi məclisinin üzvü.

2021-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

Ailəlidir: 2 oğlu, 1 qızı var.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?