İdrisov Qələmşah Seyidəhməd oğlu 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub.
Təhsili:
1981-ci illərdə Xaçmaz rayonu Alekseyevka kənd orta məktəbində təhsil almışdır.
1989-ci ildə ADPU-nun ( Keçmiş V.İ.Lenin adına APİ) Bədii qrafika fakültəsini bitirmişdir.
2002-2005-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasında təhsil alıb.
Əmək fəaliyyəti:
1982-1985-ci illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1989-cu ildən Xaçmaz rayonu Qıraqlı kənd orta məktəbində müəllim.
1992-1993-cü tədris ilindən Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında müəllim.
2000-ci ildən isə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında müəllim, metodist, kafedra müdiri, direktor müavini kimi çalışmışdır.
2014-cü ildən AMİ Quba filialında Pedaqoji fakültənin dekanı.
2015-ci ildən ADPU Quba filialında Pedaqoji fakültənin dekanı kimi hal-hazıra qədər fəaliyyət göstərir.
Elmi fəaliyyəti:
2007-ci ildə Bakı Dövlət Universitetinin Filologiya üzrə Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Yerli elmi jurnallarda çap olunan 10 elmi məqalənin və ayrı-ayrı tədqiqat sahələrini əks etdirən 50-dən çox elmi-publisistik məqalələrin müəllifidir.
Kitabları:
- Ürəyimi açıram. (şerlər) Bakı “Nurlan”nəşriyyatı, 2006,156 səh.
- Qırağlı toponimi və qrağlılar. Bakı. “Nurlan”nəşriyyatı, 2008,112 səh.
- Azərbaycan dilində təsviri sənət terminləri. Bakı. “Müəllim”nəşriyyatı. 2010, 220 səh.
- Xaçmaz toponimləri. Bakı. “Şərq-Qərb”nəşriyyatı. 2011, 138 səh.
- Yurd sevgisi. (şerlər). Bakı.“Müəllim”nəşriyyatı, 2013, 166 səh.
- Professor Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi. Bakı.“Şərq-Qərb”nəşriyyat evi. 2014. 135 səh.
- ( dərs vəsaiti). Bakı. “Müəllim”nəşriyyatı, 2019. 388 səh.
- Zəfər çələngi. (şerlər) . Bakı.“Müəllim”nəşriyyatı,2021. 96 səh.
Mükafat və təltifləri:
- 1985-ci ildə “Baykal -Amur Maqistralı tikintisində fəal iştirakına görə” RSFSR Ali Soveti tərəfindən medal.
- 2011-ci ildə “Qızıl Qələm” mükafatı.
- 2013-cü ildə “Araz” ali ədəbi mükafatı.
- 2021-ci ildə “Səməd Vurğun” adına mükafat.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü
2015-ci ildən “Gülüstan” Elmi-ədəbi məclisinin üzvü.
2021-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Ailəlidir: 2 oğlu, 1 qızı var.