“Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar” respublika elmi-praktiki konfransına məqalə qəbulu başlandı

“Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar” respublika elmi-praktiki konfransına məqalə qəbulu başlandı

6 may 2021-ci il tarixində UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq.

Konfransın müzakirə mövzuları aşağıdakılardır:

– Heydər Əliyev və qüdrətli dövlət quruculuğu;

– Heydər Əliyev və Azərbaycan milli iqtisadi inkişaf modeli;

– Heydər Əliyev və ədalətli sosial təminat sistemi;

– Heydər Əliyev və müasir universitet modeli;

– Heydər Əliyev və maliyyə, audit sisteminin inkişaf modeli;

– Heydər Əliyev və Azərbaycan milli iqtisadiyyatın formalaşması;

– Heydər Əliyev və Azərbaycanda sahibkarlıq  fəaliyyətinin inkişafı;

– Heydər Əliyev və elmi-texniki tərəqqi siyasəti;

– Heydər Əliyev dönəmində Azərbaycan-Rusiya münasibətləri: iqtisadi, sosial, humanitar və mədəni aspektləri;

– Heydər Əliyev dönəmində Azərbaycan-ABŞ, Aİ münasibətləri: iqtisadi, sosial, humanitar və mədəni aspektləri;

– Heydər Əliyev dönəmində Azərbaycan-Türkiyə münasibətləri: iqtisadi, sosial, humanitar və mədəni aspektləri.

Konfrans üçün məqalə tərtibinə qoyulan tələblər və digər məlumatlar barədə daha ətraflı elan vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?