Hansı universitet diplomunun Azərbaycanda tanındığını öyrənməyin yolları

Hansı universitet diplomunun Azərbaycanda tanındığını öyrənməyin yolları

Təhsilini xaricdə dövlət proqramından kənar davam etdirmək istəyənləri ən çox maraqlandıran məsələ əcnəbi universitetin reytinqi və diplomunun tanınmasıdır.

Xarici ali təhsil müəssisəsinin diplomunun Azərbaycanda tanınıb tanınmadığını necə bilmək olar?

Öncə qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Buna baxmayaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi oxumaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyi tövsiyə edir. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaq, lazımdır. Bu zaman həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısı görünəcək.

Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli isə hər il bir neçə rəsmi mənbə tərəfindən dərc olunur. Belə mənbələrə “Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s. daxildir. Sözügedən resurslarda universitetlərin reytinq səviyyəsi ilə tanış olmaq üçün müvafiq saytlara daxil olmaq kifayətdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?